• $ 1.7
  • € 1.9324
  • ₽ 0.021932
  • ₺ 0.0433
  • £ 2.2936

Səfir: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO

Səfir: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO
16.05.2016 10:00
Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin "Hesabat” verilişində Mir Şahinin sullarını cavablandırarkən deyib.

Son hadisələrindən sonra bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir, bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirdi.

"Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş biruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. Bunlar kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar”,- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən bildirdi.

Səfir aprel hadisələri zamanı dünya azərbaycanlılarının birliyindən, insanlarda olan vətənpərvərlik ruhundan da fəxrlə danışdı. Bildirdi ki, ölkəmizin Rusiyadakı səfirliyinə döyüşlər gedən ərəfədə zənglərin ardı-arası kəsilməyib. Hər kəs torpaqlarımız uğrunda döyüşməyə, orduya kömək etməyə hazır olduğunu səfirliyə yazdığı məktublarla bildirib.

"Vladivostokdan Kalininqrada kimi nə qədər azərbaycanlı bizə könüllü olaraq orduya yazılmaq istəyi ilə müraciət etdi. Hər bir azərbaycanlıda böyük bir ruh oyanıb. Azərbaycan xalqı vətənpərvər xalqdır. Biz bu torpaqları azad edəcəyik. Torpaqlarımızı heç kimin əlində qoymayacağıq”,- deyə səfir fəxrlə xalqımızdakı döyüş ruhundan da danışıb.
 
 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın bu silahı düşməni darmadağın edəcək - VİDEO
Siyasət 21:16
Azərbaycanın bu silahı düşməni darmadağın edəcək - VİDEO
Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər - VİDEO
Siyasət 18:29
Lavrov: Azərbaycan və Ermənistan atəşkəs barədə razılığa gəliblər - VİDEO
Ərdoğan xalqı meydanlara çıxmağa səslədi - VİDEO
Siyasət 01:40
Ərdoğan xalqı meydanlara çıxmağa səslədi - VİDEO
Səfir: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO
Siyasət 10:00
Səfir: Rusiya dostunu və düşmənini tanıdı – VİDEO
Siyasət 10:25
"Qarabağ üzrə danışıqların intensiv mərhələsi başlayacaq" – VİDEO
MN: Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dağıdılıb - VİDEO
Siyasət 09:54
MN: Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dağıdılıb - VİDEO
Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır - VİDEO
Siyasət 23:05
Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol