• $
  • £

“Eurovision”un danimarkalı münsifi Ukraynaya səhvən 12 xal verdi

“Eurovision”un danimarkalı münsifi Ukraynaya səhvən 12 xal verdi
16.05.2016 10:37
Danimarkanın "Eurovision -2016” mühsiflər heyətinin üzvü Hilda Heyk bəyan edib ki, onlar Avstraliyanın əvəzinə, xalları Ukraynaya veriblər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Danimarkanın "BT.dk” nəşri məlumat yayıb.

Münsiflərin qiymətləri 1-dən 26 xala qədərdir, 1 xal ən yaxşı mahnıya, 26 -ı isə ən pis mahnıya verilir. Heykin sözlərinə görə, o, qiymətləndirmə sistemini qarışdırıb və avstraliyalı müğənni Demi İmin əvəzinə, 12 xalı ukraynalı Camalaya verib. Bununla yanaşı, Heyk Ukraynaya bir xal da vermək fikrində deyildi.

"Bu, mənim ən böyük səhvimdir və bunu etiraf edirəm”, - o deyib.

Danimarkalı münsiflərin səhvi müsahibədə birinci yeri tutumuş Ukrayna və Avstraliya arasında fərqi azaldır, amma nəticəyə təsir etmir. Avropa Yayım Birliyi baş verən insidentdən xəbərdardır.

Mayın 15-nə keçən gecə Stokholmda "Eurovision” mahnı müsabiqəsinin finalı keçirilib. Müsabiqədə birinci yeri "1944” kompozisiyası ilə Ukrayna təmsilçisi Camala tutub. İkinci yerdə Avstraliya ifaçısı Demi İn, üçüncü yerdə isə rusiyalı müğənni Sergey Lazarev ("You are the only one” mahnısı) qərarlaşıb. 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol