• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"Azərbaycanın Milli Qəhrəmanı" adı verilən hərbi qulluqçuların təltifləri ailə üzvlərinə təqdim edildi

16.05.2016 14:59
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna və mayor İmanov Samid Gülağa oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 16-da Azərbaycanın Müdafiə Nazirliyində rəhbər heyətin iştirakı ilə ölümlərindən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş bu hərbi qulluqçuların ailə üzvlərinə şəhidlərin "Qızıl Ulduz" medalları təqdim edilib. 

Təqdimetmə mərasimində çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verərək, onların qəhərmanlığı qarşısında baş əydiyini diqqətə çatdırıb. O, igidlərimizin şəhidlik zirvəsinə ucalmaqla igidlərimizin yeni tarix yazdıqlarını, Vətən uğrunda canı, torpağa tökülən qanı ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğulayıb. 

Şəhidlərimizin qisasının alındığını və bundan sonra da alınacağını, onların qanının yerdə qalmayacağını bildirən nazir Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın düşmən işğalından mütləq azad olunacağını xüsusi qeyd edib.

Təltif olunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z.Həsənov "Azərbaycanın Milli Qəhrəmanı" adının vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və "Qızıl Ulduz" medalını şəhidin yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova "Qızıl Ulduz" medalı və vəsiqəsi təqdim edilib.

Milli Qəhrəmanlarımızın ailə üzvləri Fizzə Mirzəyeva və Gülağa İmanov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, əzizlərinin şəhidlik zirvəsinə ucalması ilə qurur duyduqlarını vurğulayıblar. 

Bildirilib ki, şəhid qanına boyanan əzəli və əbədi torpaqlarımız Azərbaycan Silahlı Qüvvələri tərəfindən tezliklə işğaldan azad olunacaq və o zaman əzizlərinin şəhid ruhları dinclik tapacaqdır.

Mərasimin sonunda xatirə şəkli çəkdirilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Cəmiyyət 23:38
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Bakıda 3 otaqlı ev yanıb
Cəmiyyət 23:09
Bakıda 3 otaqlı ev yanıb
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Cəmiyyət 20:32
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Daha bir daşıyıcının avtobuslarında NFC ödənişləri tətbiq edilir
Cəmiyyət 18:03
Daha bir daşıyıcının avtobuslarında NFC ödənişləri tətbiq edilir
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 17:05
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb
Cəmiyyət 16:30
Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Cəmiyyət 15:54
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol