64 saylı məktəbin şagirdlərinə təlim keçirildi
Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Bakı şəhəri Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi çərçivəsində ilk təlimini reallaşdırmışdır.
64 saylı tam orta məktəbdə baş tutan təlim Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə basladı. Sonra təlimin keçirilməsi üçün bir sıra parametrlərə görə münasib seçilmiş məktəbin sinif rəhbəri sözü təlim rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-nin sədri Əli Cəfərova verdi. Layihə rəhbəri çıxışa başlamazdan öncə tədbir iştirakçılarına Qarabağ savasında, eləcə də özəlliklə son 2 və 4 appel döyüşlərində Erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş igid döyüşçülərin qəhrəmanlıq salnaməsi haqqında təfsilatı ilə məlumatlar verdi. Onu da bildirdi ki, vətəni sevmək və onu düşmənlərdən müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudur. Daha sonra təlim rəhbəri qarşıda düran vəzifələr və sagirdlərin görəcəyi işlər haqqında danışdı.
Bildirdi ki, bu gün başlıca vəzifə gənclərimizin milli- tarixi ənənələrimiz - ulu babalarımızın yaratdığı milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsidir: "Bizim əsas vəzifəmiz dərin bilik və bacarığa, elmi dünyagörüşünə, mənəvi dəyərlərə malik hərtərəfli şəxsiyyət formalaşdırmaqdır. Məqsədimiz soy kökünə, xalqımızın azadlıq və demokratiya ənənələrinə, milli əxlaqımıza sadiq olan yaradıcı, müstəqil fikirli gənclər yetişdirməkdir”. Bundan sonra həyata keçirilməsinə start verdiyi layhə çərçivəsində şagirdlərin bilavasitə görəcəyi işlər barədə məlumat verən birlik sədri layihənin konkret prinsiplərini də sadaladı: "Əsas həllinə çalışmaq istədiyimiz məsələ yetişməkdə olan gənc nəsli yol nəqliyat hadisələri haqqında maarifləndirmək, sizlərin bü sahədə yaradıcı qabiliyyətlərinizi inkişaf etdirməkdir”. Sonra söz sinif müəllimi Həcər xanım Ağayevaya verildi. Həcər xanım ilk öncə usaqları onlar üçün hazırlanmış animasion filmə baxmağa dəvət etdi. Filmi seyr etdikdən sonra müəllimə sınıfə mövzu ilə əlaqədar olaraq yönəldici süallar verdi. "İzlədiyiniz videoçarx nə haqqındadır?” "Yol hərəkəti qaydalarına əməl etməsək nə baş verər?” "Yol qəzası necə baş verir?” Sağirdlərdən Ayxan, Məhbubə, Ülvü, Sevinc və başqaları sualları cavablandırdıqdan sonra təlimçi sagirdlərə xəbərdarlıq və yol nişanları haqqında bilgilər verdi. Daha sonra növbəti - özündə yol nəqliyyat qəzasını əks etdirilən videoya baxış oldu. Videoya baxışdan sonra müəllimə sinifə müraciət edərək bildirdi ki, niyə yol qəzası bas verir. Sagirdlərdən Aytac, Sevinc və Ayxan sualı cavablandırdılar. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin müvafiq təlimləri davam etdiriləcək.

www.ann.az