• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Uşaq və yeniyetmələrin təfəkkürlərinin inkişafına dəstək təlimi keçirildi

Uşaq və yeniyetmələrin təfəkkürlərinin inkişafına dəstək təlimi keçirildi
17.05.2016 18:36
Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Uşaq və yeniyetmələrin yol hərəkəti qaydaları haqqında maariflənməsi və yaradıcı təfəkkürlərinin inkişafına dəstək” layihəsi çərçivəsində ikinci qrup üzrə ilk təlimini reallaşdırmışdır. 

Zakir Əhmədov adına 64 saylı tam orta məktəbdə baş tutan təlim Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Sonra təlimin keçirilməsi üçün bir sıra parametrlərə görə münasib seçilmiş məktəbin sinif rəhbəri sözü təlim rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İB-nin sədri Əli Cəfərova verdi. Layihə rəhbəri çıxışa başlamazdan öncə tədbir iştirakçılarına Qarabağ savasında, eləcə də özəlliklə son 2 və 4 appel döyüşlərində Erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş igid döyüşçülərin qəhrəmanlıq salnaməsi haqqında təfsilatı ilə məlumatlar  verdi. 

Onu da bildirdi ki, vətəni sevmək və onu düşmənlərdən müdafiə etmək hər bir vətəndaşın müqəddəs borcudu. Daha sonra çıxışında bildirdi ki, bu layihə azərbaycan respublikası yanında Qeyri-Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə təşkil olunub. Sonra söz sinif müəllimi Yasəmən müəlliməyə verildi. Yasəmən xanım ilk öncə layihə rəhbərinə və təşkilat üzvlərinə öz təşəkkürünü bildirərək vurğuladı ki, bu cür təlimlərin həyata keçirilməsi şagirdlərin mənəvi aləminin zənginləşməsində və onları bir şəxsiyyət kimi yetişməsində  mühim rolu vardır. 
Daha sonra uşaqları üçün hazırlanmış animasyon filmə baxmağa dəvət etdi. Filmi seyr etdikdən sonra müəllimə sinifə mövzu ilə əlaqədar olaraq yönəldici süallar verdi. "Biz yol hərəkəti qaydalarına niyə əməl etməliyik” "İzlədiyiniz videoçarx nə haqqındadır” şagiurdlərdən Aytac, Nemət, Malik suallara cavab verdikdən sonra müəllim yenidən sinfə müraciət edərək yenidən suallar verməyə başladı. "Qəzalar necə baş verir”, "Piyadalar nə etməlidir” kimi suallara Bəxtiyar, Aytac, Nərmin, Vəcihə, Ləman, Ayşə, Nurlan, Kəmalə,Gülər cavab verdi. Təlim müddətində Yasəmən xanım Xəbərdarlıq nişanları haqqında şagirdlərə bilgi verməyə başladı onlara yol hərəkəti qaydalarına əməl etməyin və piyada kimi vəzifəmizi bilməyin vacib olduğunu qeyd etdi. 

Təlim bitdikdən sonra Məktəbin müəllimləri Gülşən xanım, Nigar xanım, Həcər xanım çıxış edərək bu cür təlimlərin şagirdlər üçün çox maraqlı olduğunu bununla yanaşı yol hərəkəti qaydalarına əməl etməyin vacib olduğunu və bu layihəni dəstəkləyənlərə öz təşəkkür etdiklərini vurğuladılar. Həmçinin bu məktəbdə həyata keçirilməsi bizim şagirdlər üçün çox maraqlı olduğunu qeyd edən məktəbin müəllimləri bunu davamlı olmasını arzuladılar. Dava sonra Müəllim-Valideyn Asossasiyasının sədri Səfiyeva Pərzad xanım layihə rəhbərini və təşkilat üzvlərini və bu təlimlərdə əməyi olan bütün insanlara təşəkkür edərək bildirdi ki, bu cür layihələrin davam etdirlməsi şagirdlərimizin maariflənməsi və onlarda yaradıcılıq qabiliyyətinin üzə çıxmasına təkan vermiş olur. Valideynlərdə bu təlimlərdən məmnun qalaraq təlimlərin davamlı olmasını arzu etdilər.. Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin müvafiq təlimləri davam etdiriləcək.
 



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Cəmiyyət 23:38
Leyla və Alena Əliyevalar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
Bakıda 3 otaqlı ev yanıb
Cəmiyyət 23:09
Bakıda 3 otaqlı ev yanıb
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Cəmiyyət 20:32
MEDİA Səməd Seyidovun adından paylaşılan "deep fake" videosu ilə bağlı açıqlama yayıb
Daha bir daşıyıcının avtobuslarında NFC ödənişləri tətbiq edilir
Cəmiyyət 18:03
Daha bir daşıyıcının avtobuslarında NFC ödənişləri tətbiq edilir
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 17:05
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb
Cəmiyyət 16:30
Paytaxtın bu küçəsində hərəkət zolaqları 3-ə çatdırılıb
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Cəmiyyət 15:54
Şahbuzda avtomobil qaz xəttinə çırpılıb, 450 abonentin qazı kəsilib
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
Cəmiyyət 14:18
Paytaxtın bu rayonunda yeni avtobuslar fəaliyyət göstərəcək
İmişlidə kişi dəm qazından boğulub
Cəmiyyət 13:38
İmişlidə kişi dəm qazından boğulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol