Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olundu
Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
www.ann.az