Lukaşenkodan Qarabağ çağırışı
Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmağa çağırıb.
ANS PRESS-in məlumatına görə, Lukaşenko Qarabağ barədə fikirləri MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərlərinin 40-cı şura icrasında səsləndirib.
Aleksandr Lukaşenkon deyib ki, bu gün MDB "xəstələnib". "Amma problemlərin müzakirə imkanı həmişə var. "Ukrayna, Dnestryanı, Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edə bilərik. Əgər biz bu "xəstəlikləri” müalicə etməsək, gələcəkdə bu problemlər yayılacaq".
Dövlət başçısı vurğulayıb ki, MDB dialoqalarla problemlərin həllinə cəhd etməlidir.
"Razılaşmaq lazımdır ki, biz heç yerə gedən deyilik. Biz bir qayıqdayıq. Heç kəs ayrıca sahilə çıxmayacaq. Ona görə də münaqişələrin həllini tapmalıyıq", - deyə Lukaşenko bildirib. Lukaşenko MDB ölkələrinin xalqlarının yaxın mentaliteti problemləri həll etməyə kömək olacaq.
Ümumiyyətlə, Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daima Azərbaycana dəstək ifadə edib. O, dəfələrlə Azərbaycanın əraziləri bütövlüyünü tanıdığını bəyan edib.
Lukaşenko Qarabağda gedən ağır döyüşlərə görə İlham Əliyevə narahatlığını ifadə edib.
Prezident İlham Əliyev ötən ilin noyabr ayında Belarusda səfərdə olub. Sərəf çərçivəsində Azərbaycan-Belarus arasında 4 sənəd imzalanıb. Lukaşenko isə deyib ki, Belarus və Azərbaycan dünyada cərəyan edən böhranlara və təhdidlərə qarşı yaxından əməkdaşlıq etməlidir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər