• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Keçmiş ABŞ səfiri Vyana görüşünə rəy verdi

Keçmiş ABŞ səfiri Vyana görüşünə rəy verdi
19.05.2016 20:14
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Vyana görüşü olduqca uğurlu olub, çünki görüşdə ABŞ dövlət katibi Con Kerri də iştirak edib.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, ABŞ münaqişənin həllində daha fəal rol oynamaq və bunu Rusiya ilə bölüşmək qərarına gəlib.

M.Brayza qeyd edib ki, görüş münaqişənin hərtərəfli həlli üzrə real müzakirələrə, yenilənmiş Madrid prinsipləri əsasında müzakirələrə gətirıb çıxaracaq, lakin bir az vaxt tələb olunacaq və ola bilsin, prezidentlərin daha bir görüşü lazım olacaq: "Vyana görüşündən sonra münaqişənin həllində kəskin sıçrayışı gözlməyə dəyməz. Bununla belə, Vyana görüşü bir çox müsbət dəyişikliklərə səbəb olacaq".

Xatırladaq ki, mayın 16-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan Prezidenti Serj Sarkisyanın, ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezirin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin iştirakı ilə görüş keçirilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol