• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

Orta məktəbdə Azərbaycan bayrağını qaraya boyadılar - VİDEO

Orta məktəbdə Azərbaycan bayrağını qaraya boyadılar - VİDEO
28.05.2020 23:16
Bayrağın aşağı zolağı yaşıl əvəzinə, qara rəng ilə boyanıb

Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yerləşən 275 nömrəli tam orta məktəbin həyətinə vurulan löhvədə dövlət bayrağının rəngi düzgün göstərilməyib. Bayrağın aşağı zolağı yaşıl əvəzinə, qara rəng ilə boyanıb. Bu isə şagirdlərin çaşqınlığına səbəb olur.

Məsələ ilə bağlı məktəbin direktoru Elmira İsmayılova deyir ki, məktəbin həyətində olan löhvəyə vurulan bayraq təmir zamanı Bakı şəhər Mənzil Kommunal Təssərrüfat Birliyi tərəfindən verilib. Hətta bayrağın rəngi ilə bağlı bir neçə valideyn məktəbə şikayət də edib.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyinin mühəndisi Razim Həsənov isə "Xəzər Xəbər"ə bildirdi ki, departament tərəfindən adıçəkilən məktəbə bayraq verilməyib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə faktın araşdırılacağı və problemin tezliklə aradan qaldırılacağı bildirilib.

ANN.Az "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir:
 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Orta məktəbdə Azərbaycan bayrağını qaraya boyadılar - VİDEO
Cəmiyyət 23:16
Orta məktəbdə Azərbaycan bayrağını qaraya boyadılar - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol