Bayden Azərbaycan və Ermənistan liderlərinə çağırış etdi
ABŞ-ın vitse-prezidenti Co Bayden mayın 20-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla telefon danışıaqları aparıb və tərəfləri atəşin dayandırılmasının rejiminə riayət etməyə çağırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
"Vitse-prezident mayın 16-da Vyanada Azərbaycan və Ermənistan arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə müzakirələr zamanı əldə edilmiş razılaşmaları alqışlayıb”, - məlumatda deyilir.
Co Bayden tərəfləri bundan sonra da atəşkəs rejiminə riayət etməyə çağırıb və münaqişəni nizamlanmsı üzrə danışıqların yenilənməsi üzrə müzakirələrin iyuna planlaşdırılmasının əhəmiyyətini vurğulayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox