“Leyli və Məcnun”u azərbaycanlılar oynamayanda anlamsız olur - FOTOLAR
![“Leyli və Məcnun”u azərbaycanlılar oynamayanda anlamsız olur - FOTOLAR “Leyli və Məcnun”u azərbaycanlılar oynamayanda anlamsız olur - FOTOLAR](https://anews.az/photo/850x500/2016-05/1464071557_48c128e8-2ef0-4920-a982-894b36800108.jpg)
Orta
Şərqin ilk milli operası, ölməz bəstəkarımız Üzeyir Hacibəylinin "Leyli ve
Məcnun” əsəri Ankarada səhnəyə qoyuldu. Uzun illərdir Türkiyədə yaşayan və
çalışan rejissor Əflatun Nemətzadənin səhnə quruluşu verdiyi operanın cəmi iki
ay sürən məşqlərindən sonra ortaya mükəmməl bir iş çıxacağı məsələsi başından
inandırıcı görünmürdü. Əslində nə Üzeyir Hacıbəyli sənətinin sevdalısı olan
rejissor, nə Məcnunu ifa edəcək sənətkarımız Mənsum İbrahimovun peşəkarlığı, nə
də Ankara Dövlət Opera və Balet Teatrının işinin ustası olan sənətçi qrupu
gözləntilərimizi optimist ruhda kökləmirdi. Səbəbsə çox bəsitdi – əsər sadəcə
azərbaycanlı qırtlağı ilə oxunduqda mükəmməliyini qoruya bilən xalq musiqi
incimizdir. Bu danılmazdır! Amma Ankara Dövlət Operasında hər kəs ümidliydi.
Rəsmilərin yeri boş qaldı
Operanın premyera günü ugursuz
seçilmişdi – 14 may Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyya
Ərdoğanın toyu olduğundan iki qardaş ölkəni eyni platformda görüşdürən
mədəniyyət tədbirinə nəinki Türkiyənin mədəniyyət naziri, hətta qurumun heç bir
təmsilçisi gəlməmişdi. Elə Azərbaycandan da deputat Hadı Rəcəblidən başqa
Mədəniyyət Nazirliyini təmsil edən kimsə yox idi. Azərbaycan və Qazaxıstanın
Türkiyədəki səfirləri, TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov
rəsmilərin siyahısını tamamlayırdı.
Opera orkestrını azərbaycanlı
dirijor Fəxrəddin Kərimov idarə edirdi. Tarda Elçin Haşımov, kamançada Elnur
Əhmədov solo- hissələrdə muğam musigisiylə türk tamaşaçısının, türklər demiş,
"qulaqlarının pasını” sökdü.
Kostyumların çoxu ərəb libasına bənzəmirdi
Səhnə dekorasiyası yetərli olsa
da, kostyumlar kürk agırlıqlı hazırlanmışdı ki, bu da ərəb yaşam və
qiyafətərini sərgiləyən əsər üçün bir az aşırı qalın olmuş və göz yorurdu.
Qeysin atasının kürk agirliqlı kostyumu onu ərəbdən daha çox rus tacirlərinə
bənzətmişdi.
Premyerada Leylini oynayan türk
soprano Selva Erdeneri türk tamaşaçı hər nə qədər alqışlasa da, bir sopranonun
mugam oxuması nəzəriyyəyə görə imkansızdır. Iki ayliq məşqdən sonra türk
sopranonun da hələ-hələ Leyli ilə möcüzə yarada biləcəyi gözlənilməzdi.
Rejissorun belə bir ümidi var idisə də, nəticə ortada. Selva Erdener ariya
hissələrini mükəmməl ifa etsə də, muqam hissələri bir o qədər ugursuzdu. Mugam oxunan
hissələrdə türk sənətçilərin ugursuz ifaları bütün opera boyu, türklərin
təbirincə desək, "qulaq tirmaladı”.
Təəssüf ki, tamaşaçı yerlərinin
xeylisi boş qaldı. Hətta birinci hissədən sonra çıxanlardan bir çoxu geri
qayıtmadı. Bəziləri səsi yetərli bulmamışdı. Qeyd etmək yerinə düıər ki,
Ankarada təyinatı üzrə tikilməmiş bir bina sonradan opera binası olaraq
restavrasiya edılıb və akustik baxımdan mükəmməl oldugğu deyilə bilməz.
Ankara Dövlət Operasının
sənətçiləri əllərindən gələni ən yaxşı şəkildə sərgiləsələr də, yarıboş salon
hər nə qədər alqış yağdırsa da ( ki, bu daha çox o axşam sərgilənən əsərə
xərclənmiş əməyə saygi algışı idi) premyera fiyasko idi demək olar. Nə
rejissorun, nə oyunçuların çabaları, nə Mənsum İbrahimovun yanıqlı ifası, ne
yarıboş salonun göstəri sonundakı alqışlar layihənin ugurlu oldugunu deməyə
imkan vermir.
Plaketlər bol əldən
Premyeranın sonunda əvvəldə qeyd
ettiyimiz protokol səhnəyə dəvət edildi. Operanın ərsəyə gəlməsində əməyi olan
hər kəsə bol əldən plaketlər hədiyyə edildi. Hətta gəlmişkən yeni həftədə sonrakı iki oyunda
oynayacaq azərbaycanlı sənətçilərimizin (Premyeradan sonrakı iki oyunda Leylini
Arzu Əliyeva, Məcnunu isə İlkin Əhmıdov oynadı- müəl.) də plaketləri öncədən
təqdim edildi.
P.S.
İkinci oyunda İlkin Əhmədov və Arzu Əliyevanin, üçüncü oyunda isə M. İbrahimov
və A.Əliyevanın oyunu isə hər halı ilə bir daha isbatladı ki, "Leyli və
Məcnun”u sadəcə azərbaycanlilar oynadıgında opera orjinallığını qoruyub saxlaya
bilir və salonu azgına qədər doldurmuş tamaşaçının möhtəşəm alqışları da bunu
təsdiqlədi. Qeyd etmək yerinə duşər ki, Ə. Nemətzadə TÜRKSOY-un dəstəkləriylə İstanbulda
səhnəyə qoyduğu "Koroğlu”nun da premyerasında tamaşaçı yerləri boş qalmışdı.
TÜRKSOY-un maddi və mənəvi dəstəklədiyi layihələrin davamlılığını önəm
vermədiyini demək dogru olmazdı. Amma düşünməyə dəyər.
Şəhla Əbusəttar Yaman
Ankara
![](http://ann.az/file/articles/2016-05/1464071575_5ba38622-1895-4027-8428-0ea629e70f45.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071565_795cbc69-8f7a-4d47-a2ac-c4223fdecb53.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071593_cd69a0bf-d86c-4aa4-94df-b40701026d38.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071557_48c128e8-2ef0-4920-a982-894b36800108.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071570_28b4a1fe-7ddc-4b76-981c-bb9084aed2ba.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071576_519e78fc-2d42-48e5-8fc2-6b5d6267b2a2.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071614_915b093c-b682-452f-aaca-4d185bc1a75e.jpg)
![](http://ann.az/file/articles/2016-05/1464071572_d1b326f6-8c57-40b7-b29e-7828c4cf1c26.jpg)
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər