• $
  • £

"Küləklə sovrulanlar" ilk dəfə Azərbaycan dilində

24.05.2016 18:29
Dünya ədəbiyyatının ən gözəl və oxunaqlı əsərlərindən biri, Amerika yazıçısı Margaret Mitchel'in "Küləklə sovrulanlar" romanı  ilk dəfə Azərbaycan dilində çapdan çıxıb.

"Şərq-Qərb" nəşriyyat evində nəfis şəkildə çap olunmuş bu əsəri dünya ədəbiyyatında dəyər və əhəmiyyətinə görə Lev Tolstoyun "Hərb və sülh" romanı ilə müqayisə edirlər. Kitab 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr edilib. 

İki cilddən ibarət kitabın orijinaldan - ingilis dilindən tərcüməçisi və ön sözünün müəllifi yazıçı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli OxuZalına deyib:

"Küləklə sovrulanlar" yüz ilə yaxındır ki, uğurlu və çox xoşbəxt bir ədəbi tale yaşayır: dünyanın qırxdan çox dilinə çevrilib, 190 dəfə yenidən nəşr olunub, bestseller əsər kimi şöhrət qazanıb. Roman əsasında çəkilmiş eyniadlı film dünya kino tarixində 1939-cu ildən bəri hələ də klassik şedevr kinolenti kimi qalmaqdadır, tamaşaçılarının sayına görə bəlkə də "Titanik"dən geri qala bilər.

"Onu da deyim ki, bu möhtəşəm əsər nə sovet dövründə, nə də müstəqilllik illərində Azərbaycan dilində çap olunub. Ümid edirəm ki, Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Marqaret Mitçelin bu ilk və son romanı Azərbaycan oxcusunun da böyük marağına səbəb olacaq." (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol