Vəli Qasımov: "İndi revanş götürmək, Kuboku "Neftçi"yə qaytarmağın vaxtıdır" - RƏY
Rüstəm Qasımov
25 may tarixində Tofiq Bəhramov adına respublika stadionunda Azərbaycan Kuboku uğrunda matçda "Neftçi" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. ANN.Az xəbər portalı bu münasibətlə "Neftçi" klubunun baş məşqşisi Vəli Qasımovla söhbətləşib:
- Vəli müəllim, qarşıdakı oyunla bağlı fikirləriniz necədir?
- Bizi çətin oyun gözləyir. Başa düşürük ki, "Qarabağ"ı udmaq asan olmayacaq. Ancaq biz finalda çıxış edirik, ona görə də hər şey ola bilər. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik, baxmayaraq ki, bu dəqiqə "Qarabağ" Azərbaycan çempionatının ən güclü komandalarından biridir. Heyətimizdə çox sayda gənc və perspektivli futbolçular var, onlar biz təkcə "Neftçi" üçün deyil, Azərbaycan yığması üçün də yetişdiririk. Ümid edirik ki, bu futbolçular potensiallarını dorğulda biləcək və futbolumuza töhfələr verəcəklər. Onların final görüşündə də gözəl, baxımlı oyun sərgiləyəcəklərindən əminəm.
- "Neftçi"nin qələbə şansları nə qədərdir?
- "Neftçi"nin qələbə üçün bütün şansları var. Əgər ölkənin Kubok finalına qədər gələ bilmişiksə, təbii olaraq, zəfər qazanmaq şansımız da var. Son oyunlar göstərdi ki, bizim uşaqlar yaxşı formadadırlar, həm fiziki, həm də psixoloji baxımdan. Obyektiv danışsaq, bu görüşdə favorit "Qarabağ"dır, ona görə ki, Bakı klubunun futbolçularının gənc olduğunu nəzərə alsaq, bu gün fərdi ustalıq səviyyəsi baxımından Ağdam futbolçuları daha güclüdür. Bu gün biz perspektivə daha çox sərmayə qoyuruq. Biz maksimum səviyyədə səy göstərməyə və rəqib üzərində qələbə qazanmağa çalışırıq.
- Bu matçda qələbə "Neftçi"yə nə qədər çox lazımdır?
- Son 5 ildə "Neftçi" stabil olaraq, Kubok finalına çıxır. Keçən il biz "Qarabağ"a güzəştə getdik. Ona görə də indi revanş götürməyin və Kuboku qaytarmağın vaxtıdır.
- Oyun barədə proqnoz verə bilərsinizmi? Məsələn, qapılara neçə top vurulacaq?
- Bu çətin sualdır (gülür). Vacib olan oyunun baxımlı alınmasıdır ki, Azərbaycan Kubokunun final matçına baxmağa gələn tamaşaçılar oyundan zövq alsınlar. Buna görə də istərdim ki, arena tamaşaçılarla dolu olsun. Mən Bakı klubunun fanat və azərkeşlərini belə məsuliyyətli matçda "Neftçi"ni dəstəkləməyə dəvət edirəm, biz qələbə üçün 12-ci oyunçunun da dəstəyinə ehtiyac duyuruq.
www.ann.az
Son xəbərlər
Daha çox