Şahmat üzrə yığma komandanın kapitanı Aleksandr Xalifmanla əməkdaşlıq dayandırıldı
Yeni kapitanın adı yaxın günlərdə açıqlanacaq
Şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının kapitanı Aleksandr Xalifmanla əməkdaşlığa son qoyulub.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov açıqlama verib.
O bildirib ki, yeni kapitanın adı yaxın günlərdə açıqlanacaq. M.Məmmədov qeyd edib ki, Ümumdünya Şahmat Olimpiadasına hazırlıq prosesində yığma komandanın digər şahmatçılarının köməyindən istifadə olunacaq.
Qeyd edək ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi 2013-cü ildə Aleksandr Xalifmanın rəhbərliyi altında komandalar arasında Avropa çempionatının qalibi olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər