• $
  • £

Bakı Şahmat Olimpiadasının maskotu təqdim olundu – ŞAH OĞLAN

Bakı Şahmat Olimpiadasının maskotu təqdim olundu – ŞAH OĞLAN
29.05.2020 12:07
"Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür”.

Bakı Şahmat Olimpiadasının başlanmasına 100 gün qalmış 42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu ictmaiyyətə və mediaya təqdim olunub.

Oxu.Az xəbər verir ki, 600-dən çox müxtəlif rəsmlərin təqdim olunduğu Milli Yaradıcılıq Müsabiqəsində Musa Cəngiyevin müəllifi olduğu maskot qalib gəlib.

Müəllif M. Cəngiyevin sözlərinə görə, onun təqdim etdiyi gənc şahmatçı obrazıdır:

"Eynək geyinib. Qara saçları və qaşları bizə məxsus olan cizgilərdir. Həmin gəncin geyimini milli və modern üslübunda həll etdim. Şah şahmatda da vacib fiqurlardandır. Bizim tariximizdə də şahlar olub. Ona görə gənci şahlara məxsus xalata geyindirdim.

Xalatın üzərində buta və xalçalarımızda tez-tez rast gəlinən naxışları görmək mümkündür. Bu oğlanın köynəyi, şalvarı və ayaqqabısı müasir tərzdə həll edildi. Rəsmi hazırlayarkən bir qədər enerjili və düşünməyi sevən obraz yaratmağa çalışırdım. Çox şadam ki, mənim rəsmim Bakı Şahmat Olimpiadasının rəsmi maskotu elan edilir”.

42-ci Ümumdünya Şahmat Olimpiadasının maskotu "ŞAH OĞLAN” (CHESS MATE) adlandırılıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol