İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Aleksander Van der Belleni Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Oxu.Az-ın verdiyi xəbərə əsasən, dövlət başçısının məktubunda deyilir:
"Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər