• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalandı - FOTOREPORTAJ

SOCAR və UNİPER şirkətləri arasında iki saziş imzalandı - FOTOREPORTAJ
25.05.2016 18:09
Bu gün Sumqayıtda "Azərikimya" İstehsalat Birliyində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın UNİPER (EON) şirkətlərinin Əlaqələndirmə Komitəsinin III iclası keçirilib.

"Report" xəbər verir ki, iclası giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev qonaqları salamlayıb. SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun və UNİPER şirkətinin vitse-prezidenti Uve Fipin yüksək biliyə, nəzəri, elmi və praktiki potensiala malik mütəxəssislərin yetişdirilməsi və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı təqdimatları dinlənilib.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirakçılara qurumda həyata keçirilən yeni layihələr haqqında məlumat verib.

Tədbir çərçivəsində SOCAR və UNİPER şirkətləri arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək "SOCAR-UNİPER" birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. Sazişə əsasən, birgə müəssisədə SOCAR 51%, UNİPER isə 49% paya sahib olacaq.

Bundan sonra, yeni buxar turbogenerator qurğusunun tikintisi barədə İlkin Layihə Sazişi imzalanıb. Bildirilib ki, qurğunun inşası "Azərikimya" Etilen-Polietilen Zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.

Qeyd edək ki, sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və UNİPER şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.

***

İmzalanma mərasimində R.Abdullayev bildirib ki, buxar turbogenerator qurğusunun tikintisi layihəsinin dəyəri 26 mln. avro təşkil edir. Onun sözlərinə görə, ilkin olaraq Almaniya şirkəti 4 mln. avro investisiya yatıracaq: "Daha 20 mln. avro Bavariya Bankından 1%-lə 15 il müddətinə kredit kimi götürüləcək. Bu layihə çox effektlidir. Layihənin geri dönmə əmsalı 15%-dir".

***

Sonra iki şirkətin nümayəndələri Etilen-Polietilen Zavoduna gələrək ərazi ilə tanış olublar, zavodun buxar və elektrik enerjisi istehsalatı ərazisində tikintisi planlaşdırılan yeni Buxar Turbogenerator Qurğusunun təməlqoyma mərasimində iştirak ediblər.

Təməlqoyma mərasimindən sonra ərazidə ağacəkmə aksiyası keçirilib.
 







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur - Fotolar+Video
İqtisadiyyat 07:40
Muğanlı-Yevlax avtomobil yolu yenidən qurulur - Fotolar+Video
Sürücülərin nəzərinə:
İqtisadiyyat 05:53
Sürücülərin nəzərinə: "Bu yollarda sürət həddi aşağı salındı" - Fotolar
Startapımız “Seedstars World” müsabiqəsinin finalında təmsil olundu - FOTOLAR
İqtisadiyyat 21:09
Startapımız “Seedstars World” müsabiqəsinin finalında təmsil olundu - FOTOLAR
Bu yolda yenidənqurma işləri yekunlaşır – FOTOLAR + VİDEO
İqtisadiyyat 18:16
Bu yolda yenidənqurma işləri yekunlaşır – FOTOLAR + VİDEO
Sürücülər DİQQƏT: Bu yolun tikintisinə başlanıldı - FOTOLAR
İqtisadiyyat 14:26
Sürücülər DİQQƏT: Bu yolun tikintisinə başlanıldı - FOTOLAR
Bakıda yeni metro stansiyası tikilir – FOTOLAR
İqtisadiyyat 20:02
Bakıda yeni metro stansiyası tikilir – FOTOLAR
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda yeni yol hissələri salındı - FOTOLAR
İqtisadiyyat 18:21
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda yeni yol hissələri salındı - FOTOLAR
“Rahat” marketlər şəbəkəsi endirimlər aksiyasına başlayıb  - FOTOLAR
İqtisadiyyat 17:02
“Rahat” marketlər şəbəkəsi endirimlər aksiyasına başlayıb - FOTOLAR
AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldü - FOTOLAR
İqtisadiyyat 14:18
AccessBank 6-cı dəfə “Azərbaycanın ən yaxşı Bankı” adına layiq görüldü - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol