• $
  • £

"Flohmarkt" - Vyananın əfsanəvi bit bazarı - FOTO

27.05.2016 14:46
Rüstəm Qasımov

Əgər siz suvenirləri, qədimi bəzəkləri və digər əntiq əşyaları sevirsinizsə, onda Vyananın məşhur "Flohmarkt" bit bazarı sizə lazım olan yerdir. Avstriyada olarkən Avropanın ən məşhur əntiq əşyalar bazarına baş çəkməmək sadəcə bağışlanmazdır. Vyanalıların sözlərinə görə, dünyaca məşhur tenor Plasido Dominqi Vyanada olarkən dəfələrlə həyat yoldaşı ilə birgə bu bazarın cərgələri arasında gəzib. 

"Flohmarkt"in ünvanı elə də çətin deyil, bura çatmaq üçün ən ideal vasitə metrodur - "Kettenbrückengasse" stansiyasından çıxanda siz bazarın düz içinə düşürsünüz. 
 
Yeri gəlmişkən bildirək ki, "Flohmarkt" ancaq cümə, şənbə və bazar günləri səhərdən 16:00-a qədər işləyir. Bu bazarda gəzərkən həqiqətən azmaq mümkündür, bazarın ölçüləri bir neçə kvartalı əhatə edir.

Bir çox hallarda vyanalılar və şəhərin qonaqları "Flohmarkt"a xəzinə tapmaq ümidiylə gedirlər. Bazardakı adam çoxluğunu görəndə başa düşürsən ki, bura təkcə vyanalıları deyil, şəhərin qonaqlarının da sevimli məkanıdır. Siz burda ürəyiniz nə istəsə, tapa bilərsiniz. Bazar boyunca düzülmüş piştaxtalarda köhnə kitablar, zərgərlik məmulatları, şəkillər, fotoapparatlar, paltarlar, məişət əşyaları və s. satılır. Vyana bazarında siz qəfildən su qiymətinə satılan həqiqi sənət əsəriylə qarşılaşa bilərsiniz. 

Elə insanlar da var ki, bu bazara sadəcə yaxşı ovqat üçün, insan arasına qarışmaq üçün gəlirlər. Burada siz küçə musiqiçilərinin ifasından da zövq ala bilərsiniz. 

"Flohmarkt"dan fotoları oxucularımıza təqdim edirik. 

Xoş seyrlər:  
 

























www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
Mədəniyyət 11:35
IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...”
Mədəniyyət 10:48
“Sehirli Xalat”ın Rəşidi: “Anam zəng vurdu ki, Bakıya qayıtma...”
Sevgi dolu
Mədəniyyət 10:45
Sevgi dolu "Sevirəm" parkından - FOTOREPORTAJ
Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi  - FOTO/VİDEO
Mədəniyyət 04:32
Azərbaycanlı müğənni Türkiyədə xəstəxanaya yerləşdirildi - FOTO/VİDEO
Dünən
Mədəniyyət 04:31
Dünən "Xalq şairi" adı aldı, bu gün xəstəxanaya yerləşdirildi - FOTO
Leyla Əliyeva fotosərgi açılışında - Foto
Mədəniyyət 01:04
Leyla Əliyeva fotosərgi açılışında - Foto
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ
Mədəniyyət 23:20
Bakı səhnəsində unikal sevgi səhnəsi - REPORTAJ
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü - FOTO
Mədəniyyət 11:18
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə görüşdü - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol