• $
  • £

Telman Şıxıyev “Almaniya bir rəssamın gözü ilə” sərgisində uğur qazanıb - FOTO

Telman Şıxıyev “Almaniya bir rəssamın gözü ilə” sərgisində uğur qazanıb - FOTO
27.05.2016 21:11
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı rəssamı Telman Şıxıyev azərbaycanlı rəssamların əsərlərindən ibarət "Almaniya bir rəssamın gözü ilə” doqquzuncu sərgisində uğurla iştirak edib.
 
Sərgi Almaniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası "Qız Qalası” İncəsənət Qalereyası və "Berlin-Bakı” Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Dövlət Gənc Tamaşaçılar Teatrının istedadlı rəssamları ilə yanaşı, 100-dən artıq rəssamın 117-dək əsəri sərgidə nümayiş etdirilib.  

Sərgidə Almaniya səfirliyinin müvəqqəti işlər vəkili Folker Berreshaym gənc rəssamların sərgi-müsabiqəyə təqdim etdikləri əsərləri yüksək istedad nümunələri kimi qiymətləndirib.  

Gənc rəssam T.Şıxıyevin əl işi sərginin 3-cü yerinə layiq görülüb. Əməkdaşımız Almaniyaya 10 günlük səfər imkanı əldə edib. 
Sərgidə iştirak edən digər butaforçu-rəssamlarımız – Elnur Babayeva, Pərvanə Məmmədova, Şahin Hüseynli və Yekaterina Bıçkova isə müvafiq sertifikatlarla təltif olunublar. 

Məlumat üçün bildirək ki, təbiət, mənzərə, güllər, dəniz, ilin fəsilləri, müxtəlif fəlsəfi yanaşma və emosional hisslərin rənglərlə ifadəsinin əks olunduğu rəngkarlıq, yağlı boya, akvarel, qrafika və tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlərin yer aldığı sərgi iyun ayının 12-dək davam edəcək. 
 





www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol