• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Obama Hirosimaya səfər edib

Obama Hirosimaya səfər edib
27.05.2016 20:54
ABŞ prezidenti Barak Obama Yaponiyanın Hirosima şəhərinə səfər edib.
 
APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ lideri şəhərə səfərini atom bombardmanı nəticəsində həyatını itirənlər üçün yaradılmış xatirə muzeyini ziyarətlə başlayıb.
 
Prezidentin muzeyə səfərə zamanı muzeydə çəkilişlər qadağan edilib.
 
Canlı bağlantını həyata keçirən NHK teleşirkətinin icmalçısı bildirib ki, bu addım görüntülərin ABŞ ictimai fikrində doğuracağı mümkün təsirlərlə bağlı olaraq atılıb.
 
Daha sonra B. Obama xatirə abidəsi önünə əklil qoyub.
 
Abidənin önünə əklil qoyduqdan sonra ABŞ lideri dünyanı nüvə silahından imtina etməyə çağırıb: "Mənim ölkəmin də daxil olduğu bir sıra ölkələr nüvə silahı arsenalına malikdir, biz cəsur şəkildə qorxu məntiqindən yaxa qurtarmalı, sülhə də bu yola can atmalıyıq”.
 
Hirosimaya səfəri zamanı B. Obamanı Yaponiyanın baş naziri Sindzo Abe müşayiət edib.
 
Barak Obama Hirosimanı ziyarət edən ilk ABŞ prezidentidir.
 
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin 1945-ci il avqustun 6-da Hirosima, üç gün sonra isə Naqasakiyə atom bombaları atması nəticəsində minlərlə insan ölüb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol