• $ 1.7
  • € 1.7604
  • ₽ 1.7617
  • ₺ 0.0472
  • £ 2.1151

Musiqili Teatrda “999-cu gecə”nin premyerası keçirildi - FOTO

Musiqili Teatrda “999-cu gecə”nin premyerası keçirildi - FOTO
29.05.2020 04:39
Azərbaycan Dövlət Musiqili Teatrında 25-26 may tarixlərində saat 19.00-da 106-cı teatr mövsümünün növbəti premyerası keçirilib.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, tamaşaçılara təqdim olunan "999-cu gecə”  "Min bir gecə” nağıllarının motivləri əsasında böyüklər üçün hazırlanan iki hissəli musiqili nağıl-tamaşadır. Tamaşanın süjet xəttinin əsasını çəkməçi Marufla onun ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. "Bu nağıl "Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı "999-cu gecə” adlandırıb.
 
Gözlənilməz situasiyalarla zəngin olan səhnə əsəri maraqlı səhnə tərtibatı ilə də diqqəti cəlb edir. Belə ki, səhnə 2 mərtəbəlidir və hər bir mərtəbə də simvolik mənaya malikdir. Xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizənin təqdim olunduğu tamaşanın musiqi tərtibatında dahi bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun dünyaca məşhur "Min bir gecə” baletinin musiqilərindən və ölməz, məşhur mahnılarından istifadə olunub”, - deyə Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, ictimai-siyasi xadimlər və tanınmış sənət adamları iştirak ediblər. 

Tamaşanın quruluşçu-rejissoru İradə Gözəlova, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeystri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeystrləri Yelena və Zakir Ağayevlər, konsertmeystri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir. Tamaşada ifa olunan mahnıların orkestrləşdirilməsi quruluşçu-dirijor Fəxrəddin Atayevə məxsusdur. Səhnə əsərində rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Məhərrəm Qurbanov, Səmədzadə Xasıyev, Gültac və Hüseyn Əlililər, Gülnarə Abdullayeva, Ruslan Mürsəlov, Mehriban Zalıyeva, Nicat Əli, Əliməmməd Novruzov, Elçin İmanov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edirlər.
 








www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mədəniyyət 13:59
"Selfinaz 2"-nin qala gecəsi baş tutdu - GÖRÜNTÜLƏR
Müşviq Abbasov yalan danışır? - Foto
Mədəniyyət 23:07
Müşviq Abbasov yalan danışır? - Foto
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
Mədəniyyət 15:00
“Bəyin oğurlanması”nın “Əhməd dayı”sı vəfat etdi – FOTO
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Mədəniyyət 21:11
KVN komandası “Şuşa”nı “Buta”ya dəyişdi
Teymur Rəcəbov evləndi - Fotolar
İdman 20:49
Teymur Rəcəbov evləndi - Fotolar
Əməkdar artist vəfat etdi
Mədəniyyət 23:45
Əməkdar artist vəfat etdi
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Mədəniyyət 19:26
Zemfira Nərimanovanın illər sonra ilk FOTOSU
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Mədəniyyət 22:04
Azərbaycan “Uşaq Avroviziyası - 2021”də beşinci oldu - Video+Yenilənib
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Mədəniyyət 09:16
Azərbaycanda Əməkdar artist vəfat edib - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol