Binəli Yıldırım Bakıya gəlir
Türkiyənin yeni Baş naziri Binəli Yıldırım ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək.
Bu barədə Oxu.Az "Hürriyet” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, B.Yıldırım iyunun 1-də Şimali Kiprə yola düşəcək və burada ölkə prezidenti də daxil olmaqla bir sıra dövlət və hökümət nümayəndələri ilə görüş keçirəcək.
Daha sonra Türkiyənin Baş naziri Azərbaycana səfər edəcək.
Səfər zamanı B.Yıldırımın Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü nəzərdə tutulub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər