• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Erdoğan müsəlmanları “doğub-törəməyə” çağırdı

Erdoğan müsəlmanları “doğub-törəməyə” çağırdı
31.05.2016 19:01
Türkiyə prezidenti Recep Tayyib Erdoğan müsəlmanları doğuma nəzarətdən çəkinməyə və kontraseptivlərdən imtina etməyə çağırıb.

Türkiyə prezidenti Recep Tayyib Erdoğan müsəlmanları doğuma nəzarətdən çəkinməyə və kontraseptivlərdən imtina etməyə çağırıb.

Televiziya ilə canlı yayınlanan çıxışında Erdoğan deyib ki, "heç bir müsəlman ailəsi” doğuma nəzarət və ailə planlaşdırması barədə düşünməməlidir.

"Biz törəmələrimizin sayını artırmalıyıq” - deyib Türkiyə prezidenti.

Qərb mediası xatırladır ki, Erdoğanın hakim AKP partiyasının əsas dayağı cəmiyyətin mühafizəkar müsəlman elementləridir.

Bazar ertəsi etdiyi çıxışında prezident əsas diqqəti qadınlar və xüsusilə də "gələcək təhsilli analar”məsələsi üzərinə yönəldib və qadınları Türkiyə əhalisinin davamlı artımı naminə kontraseptivlərdən istifadə etməməyə çağırıb.

4 övlad atası olan Erdoğan bundan əvvəlki bəzi çıxışlarında hamilələyinin qarşısının alınmasını "xəyanət” adlandırmışdı.

O habelə qadınları azı üç uşaq doğmağa çağırmışdı.

Türkiyənin demoqrafiyası kritik həddə yaxınlaşır

Qərb təhlilçiləri bildirirlər ki, Erdoğanın müraciəti bütün müsəlmanlara ünvanlansa da, Türkiyənin özündə demoqrafik proseslər onun arzuladığı kimi getmir.

Türkiyə Statistika İnstitutunun son hesabatlarına görə 2015-ci ildə ölkədə hər qadına 2, 14 uşaq düşüb və bu, əhalinin bərpası üçün lazım olan həddən azacıq yuxarıdır. Halbuki 1980-ci ildə Türkiyədə təbii artım indikindən iki dəfə çox idi.

Məntiqlə qarşıdan gələn bir neçə ildə bir çox başqa Avropa ölkələrində olduğu kimi Türkiyədə də əhali artımı dayana bilər.

Buna baxmayaraq, Türkiyənin təbii artım tempi Avropanın orta rəqəmindən yüksəkdir və əhalinin tərkibi daha gəncdir.

BMT-nin Əhali Fondunun hesabatında deyilir ki, Türkiyədə keyfiyyətli ailə planlaşdırmasına xeyli ehtiyac var.

Bu hesabatda bildirilir ki, Türkiyədə hər beş qadından biri aborta müraciət edir. (Azadliq.org)

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Dünya 23:23
Putin Kremldə Nursultan Nazarbayevlə görüşüb
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Dünya 22:05
Kanada Ukraynaya 2,5 milyard dollarlıq yardım göstərəcək
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Dünya 21:05
Tayvanda 6,7 maqnitudalı zəlzələ baş verib
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Dünya 19:49
Ukrayna Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Dünya 18:30
Çin xarici ticarətlə bağlı qanunu yeniləyib
Litva Ottava Konvensiyasından çıxıb
Dünya 16:49
Litva Ottava Konvensiyasından çıxıb
Moskvada sarı xəbərdarlıq elan olunub
Dünya 11:13
Moskvada sarı xəbərdarlıq elan olunub
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Dünya 09:46
Tailand və Kamboca arasında atəşkəs sazişi imzalanıb
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Dünya 08:55
Tramp və Zelenskinin görüş tarixi məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol