• $
  • £

Şəhriyar Məmmədyarov: "Rauf Məmmədovu özümə yaxın qohum hesab edirəm"

Şəhriyar Məmmədyarov:
29.05.2020 07:35
Azərbaycan yığmasında birgə çıxış edirik, dostluğumuz var

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess2016" turnirində V turun bir oyunu başa çatıb. "Report"un məlumatına görə, Şəhriyar Məmmədyarovla Rauf Məmmədovun görüşündə heç-heçə qeydə alınıb. 

1 saat 40 dəqiqəlik mübarizənin yekununda tərəflər 30-cu gedişdə xalı yarı bölməyə razılaşıb. 

Partiyadan sonra Şəhriyar Məmmədyarov həmyerlisinə qarşı oynamaqda çətinlik çəkdiyini bildirib: "Komanda yoldaşlarıma qarşı oynamaq çətindir. Rauf təkcə həmkarım deyil, həm də dostumdur. İnanın, milli üzvləri ilə çox vaxt birgə oluruq. Artıq onları yaxın qohumum hesab edirəm. Çünki, qohumlarımdan çox şahmatçı dostlarımı görürəm. Milli komandamız bu il çox mehribandır. Tez-tez bir-birimizə məsləhət veririk. Şahmatla bağlı sirr saxlamırıq. Raufa qarşı qələbəyə oynamaq mənim üçün asan deyil. Çünki ona rəqib kimi baxmıram. Sözsüz, başqa yarışda qarşılaşsaydıq, qələbə lazım olsaydı, bəlkə də heç-heçə olmazdı. İndiki halda oyunda üstünlük yox idi, ona görə də bərabərlik alındı. Sabah istirahət günüdür. Dincəlmək istərdim. Ənənəvi futbol yarışı olsa, məmnuniyyətlə iştirak edəcəyəm".

Blits üzrə Avropa çempionu Rauf Məmmədov da həmkarının dedikləri ilə razılaşıb: "Şəhriyarı çoxdan tanıyıram. Şəmkirdə ona qarşı xüsusi taktika ilə oynamaq alınmadı. 2015-ci ildə burada çox maraqlı oyunumuz olmuşdu. İndiki halda heç-heçə oyuna görə oldu. Azərbaycan yığmasında birgə çıxış edirik, dostluğumuz var. Bəlkə də bu səbəbdən, münasibətlərə üstünlük verilir. Mənim üçün başqa rəqibə qarşı oynamaq daha yaxşıdır. Uduzmaqdan qorxmuram. Lakin başqa rəqibə qarşı oynasaydım daha rahat mübarizə aparardım".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol