• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

İlham Əliyev: “Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”

İlham Əliyev: “Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”
01.06.2016 09:44
"Bu gün ölkəmizin həyatında çox əlamətdar gündür”.
 
APA-nın məlumatına görə, bunu bu gün 23-cü Beynəlxalq Neft və Qaz Sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib.  
 
Dövlət başçısı bildirib ki, Beynəlxalq Neft və Qaz Sərgisinin inkişafı Azərbaycanın həyatında mühüm rol oynayır: "Müstəqilliyimizin ilk illəri ağır keçirdi, torpaqlarımız işğal olunmuşdu, vətəndaş müharibəsi başlamışdı. O dövrlərdə keçirilən 1-ci Beynəlxalq Neft və Qaz Sərgisi Azərbaycanın müasir inkişaf yolunu seçdi. İnvestisiya üçün əl əlverişli sahə neft və qaz sektoru idi”.
 
Azərbaycanın neft və qaz sektorunun inkişafından danışan prezident bildirib ki, BP və SOCAR  22 ildir, etibarlı tərəfdaş kimi işləyir: "Bu illər ərzində SOCAR da beynəlxalq enerji şirkətinə çevrilib, çünki Azərbaycanda böyük layihələr reallaşdırılıb. İndi SOCAR xarici ölkələrə milyardlarla dollar investisiya qoyur. Xaricə qoyulan investisiya o ölkələrlə bütün sahələrdə əlaqələrə təsir göstərir”.
 
Dövlət başçısı Azərbaycanın şərəfli yol keçdiyini vurğulayıb: "İndiyə qədər planlaşdırılmış bir layihə də icrasız qalmayıb. Onu da deyim ki, regionda sabitlik olmadan bu layihələri icra etmək mümkün deyildi. İnvestorlar bizə inandılar və milyardlarla dollar investisiya qoydular. Biz də bu sahəyə qoyulan vəsait hesabına qeyri-neft sektorunu inkişaf etdirdik. Bu gün neft sektorunun çəkisi 30 faizdir, əsas gəlirlər qeyri-neft sektoru hesabına formalaşır. Əsas məqsədimiz odur ki, neft qiymətlərindən asılı olmayaq”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol