• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Bakcell və “SOS Uşaq Kəndləri -Azərbaycan” Assosiasiyası İctimai Birliyi gənclər üçün iş imkanları yaradır

Bakcell və “SOS Uşaq Kəndləri -Azərbaycan” Assosiasiyası İctimai Birliyi gənclər üçün iş imkanları yaradır
01.06.2016 11:50
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin dəstəyi ilə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi "Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihənin icrasına başlayıb.

Layihə çərçivəsində yaradılan Gənclərin Karyera və İnkişaf Mərkəzi Bakı SOS Uşaq Kəndində yerləşir.

8 ay müddətində nəzərdə tutulan layihə SOS Uşaq Kəndlərində yaşayan yeniyetmələrin məşğulluq imkanlarının genişləndirilməsinə yönəlib. Layihənin əhatə etdiyi benefisiarlar əsasən valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və yeniyetmələrdir. Mərkəzin işə hazır vəziyyətə gətirilməsi üçün müvafiq təmir işləri aparılıb. Mart ayında mərkəzin maddi texniki bazası gücləndirilib, lazım olan ofis mebelləri və kompyuter avadanlıqları alınıb.

"SOS Uşaq Kəndləri - Azərbaycan” Assosiasiyası İB-nin veb-səhifəsiə gənclərin məşğulluğu bölümü əlavə olunub. Burada sözügedən layihə və tərəfdaşlar barədə ətraflı məlumat, müvafiq qanunvericilik və faydalı məlumat bazası, layihədən faydalananların CV bazası və məşğulluq imkanlarının əldə edilməsi üçün faydalı linklərin yerləşdirilməsi nəzərdə tutulub.

"SOS Uşaq Kəndləri - Azərbaycan Assosiasiyası ilə korporativ sosial məsuliyyət sahəsində uzun illərdir əməkdaşlıq edirik. Xüsusi qayğıya ehtiyacı olan uşaqları, yeniyetmə və gəncləri əhatə edən layihələrə dəstək göstərmək bizim KSM proqramımızın əsas prioritetlərindən biridir. Biz Mərkəzdə təlim keçən gənclərin işlə təmin olunması istiqamətində də tərəfdaşlarımızla danışıqlar aparırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
İqtisadiyyat 15:21
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Azərbaycanda qadınlar orta hesabla kişilərdən 368 manat az maaş alır
İqtisadiyyat 12:50
Azərbaycanda qadınlar orta hesabla kişilərdən 368 manat az maaş alır
KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir
İqtisadiyyat 10:17
KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir
Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
İqtisadiyyat 10:12
Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:21
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Azərbaycanda aqrar sığorta əhatəsi 40%-ə çatıb – iqlim riskləri artır
İqtisadiyyat 07:50
Azərbaycanda aqrar sığorta əhatəsi 40%-ə çatıb – iqlim riskləri artır
“Bitkoin” bahalaşıb
İqtisadiyyat 22:08
“Bitkoin” bahalaşıb
Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
İqtisadiyyat 17:13
Türkmən qazının açarı Azərbaycandadır – Rusiya susur, Tramp tərəddüd edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol