• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Prezident Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul etdi

Prezident Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul etdi
01.06.2016 14:06
Azərbaycan prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.
 
APA-nın xəbərinə görə, Baronessa Nikolsonun Bakıda keçirilən XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirakını yüksək qiymətləndirən dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun sərgi iştirakçılarına ünvanlandığı məktub və məktubda dostluq münasibətləri ilə bağlı fikirləri ilə əlaqədar minnətdarlığını bildirib. Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı ikitərəfli münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, ölkələr arasında qarşılıqlı anlaşma və qarşılıqlı dəstək yüksək səviyyədədir. O, Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq etdiyini, ikitərəfli əlaqələrin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb. Prezident Azərbaycanın Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu söyləyib, bu baxımdan birgə işçi qrupun fəaliyyətinin əhəmiyyətindən danışıb.
 
XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016” sərgisinin açılış mərasimində iştirakından məmnunluğunu ifadə edən Baronessa Nikolson ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından şərəf duyduğunu bildirib. O, Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi kimi ölkələr arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DTX Bakıda xüsusi əməliyyat keçirib
Siyasət 11:46
DTX Bakıda xüsusi əməliyyat keçirib
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
Siyasət 11:19
Silahlı Qüvvələrdə “NATO Günləri” davam edir – FOTOLAR
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Siyasət 11:17
“Sahibkarlar Günü” təsis edildi - SƏRƏNCAM
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Siyasət 10:56
Nazir: Azərbaycan Minsk qrupunun fəaliyyətindən narazıdır
Ərdoğan Bakıya gəlir
Siyasət 10:34
Ərdoğan Bakıya gəlir
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Siyasət 10:28
Prezident Administrasiyası: Yaxın vaxtlarda əfv gözlənilmir
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 10:28
Asim Mollazadə İsrail XİN-in nümayəndə heyətini qəbul edib
Siyasət 09:56
"Biz çalışırıq ki, dünyada münaqişə episentrləri olmasın, sülh olsun"
Siyasət 09:52
"Rusiya-Türkiyə gərginliyin prezidentlərin görüşünə təsir edəcək"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol