• $
  • £

FİDE yeni reytinq siyahısını açıqladı

FİDE yeni reytinq siyahısını açıqladı
29.05.2020 12:20
Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, iyun ayı üçün müəyyənləşən 100 ən güclü arasında bu dəfə də 5 Azərbaycan qrossmeysteri yer alıb.
 
Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Şəhriyar Məmmədyarova məxsusdu. Qrossmeysterimizin ötən ayla müqayisədə mövqeyi dəyişməyib və 18-ci pillədəki yerini qoruyub. Buna baxmayaraq, o, 2 reytinq xalı itirib – 2746.
 
Teymur Rəcəbov (2726) geriləməkdə davam edir. O, daha 3 rəqibini özündən irəli buraxaraq, 32-ci yerə enib.
 
Yığmamızın digər üzvü Eltac Səfərli (2673) yenə irəliləyib. Ötən ay olduğu kimi bu dəfə də 14 pillə yüksələn Azərbaycan çempionu 68-ci yerdədi. Milliləşdirilmiş legionerimiz Arkadi Naydiç (2657) isə gerilə-geriləyə gedir. Daha 10 pillə aşağı enən qrossmeyster 84-cü yerdədi.
 
Rauf Məmmədov isə irəliləyib. Son siyahıda "100-lüy”ə qayıdan həmyerlimiz hazırda 2655 xalla 98-cidi.
 
Reytinq siyahısının ilk "üçlüy”ündə dəyişiklik olmayıb. Cədvəldə Maqnus Karlsen (Norveç, 2855) yenə birinci olduğu halda, Vladimir Kramnik (Rusiya, 2812) ikinci, Fabiano Karuana (ABŞ, 2804) üçüncüdü.
 
Qadınların cədvəlində ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb. Ötən ay Nərmin Kazımova (2364) bu siyahıya daxil olsa da (98-ci yer), bu dəfə yenidən "100-lüy”ü tərk edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol