• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

Koçaryan: Azərbaycan ordusu bizə çox problem yaşatdı

Koçaryan: Azərbaycan ordusu bizə çox problem yaşatdı
01.06.2016 19:00
Azərbaycanın silahlanma üzrə üstünlüyə malik olduğu sirr deyil, amma biri var biləsən, biri də var bununla döyüş meydanında üzləşəsən.

Oxu.Az xəbər verir ki, bu barədə 2rd.am saytına verdiyi müsahibədə Ermənistanın sabiq prezidenti Robert Koçaryan Qarabağda dörd günlük müharibəni şərh edərkən bildirib. 

"İroniya ondan ibarətdir ki, KTMT üzvü olan, ərazisində Rusiyanın hərbi bazası yerləşən Ermənistan rəqibinə silahın keyfiyyəti cəhətdən uduzdu. Cəmiyyətin ağrılı reaksiyası burada aydındır. 

Hamı istəyirdi ki, Rusiya ilə hərbi ittifaq bu balansı qoruyub saxlamağa zəmanət versin. Digər tərəfdən isə Ermənistanın Qarabağdakı təhlükəsizliyini qoruyub saxlaya bilsin.

Bakı və Moskva arasında imzalanmış müqavilənin həyata keçirilməsinə qədər 2011-ci ilə, silahlanmanın keyfiyyətində paritet qorunurdu”, - Koçaryan deyib.  

Ermənistanın sabiq prezidenti hesab edir ki, hərbi münaqişənin kəskinləşməsi Rusiya üçün əlverişli deyil, belə ki, bu, onu vasitəçi öhdəlikləri, Ermənistanın hərbi müttəfiqi və Azərbaycan ilə gələcəkdə yaxınlaşmaya can atma arasında seçim qarşında qoyur. 

"Bakıya yeni hücum silahlanmasının çatdırılması tarazlığı pozaraq belə ssenarinin ehtimalını artırdı. Bu niyə baş verdi və bundan qaçmaq olardımı – sualları hələ uzun müddət mübahisə, ehtimal və müzakirələrin mövzusu olacaq. 

Ermənistan müqavilənin yerinə yetirilməsini dayandırmalı idi.  Bunun üçün kifayət qədər dəlillər var və çoxdur. Mənə bir şey aydındır: hakimiyyət var gücü ilə bunun qarşısını almağa çalışdı, amma bunu etmək mümkün olmadı. Buna görə də, qiymətləndirməkdən çəkinirəm”, - Koçaryan bəyan edib.

Onun sözlərinə görə, Ermənistan bir sıra hərbi sursatların alınmasına hazır deyildi.  

Artıq iki ildir ki, düşmən ordusu bizə çox problemlər törədir. Çünki bütün silahlarla təchiz edilib. Ordunu gecəgörmə cihazları, rabitə vasitələri, fərdi mühafizə vasitələri ilə təchiz etmək üçün bizə nə mane olurdu? Bu boşluqları aradan qaldırmaq lazımdır və bu istiqamətdə işlər aparılır”, - o deyib. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol