• $
  • £

Azərbaycan “Ümid” və “Babək” yataqları üçün yeni müqavilə imzalamağa hazırlaşır

Azərbaycan “Ümid” və “Babək” yataqları üçün yeni müqavilə imzalamağa hazırlaşır
01.06.2016 18:39
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin sonlarına qədər "Ümid” və "Babək” yataqlarının inkişaf etdirilməsi üçün xarici şirkətlərlə müqavilə imzalamağa hazırlaşır.
 
"Report” xəbər veriur ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın İnvestisiya direktorunun rəhbəri Vaqif Əliyev deyib.

V. Əliyevin sözlərinə görə, ilk dəfə olaraq müqavilə hasilatın pay bölgüsü sazişləri üzrə aparılmayacaq:

"Əvəzində podratçı seçilmiş olacaq və investisiya SOCAR tərəfindən yatırıla bilər”.

Qeyd edək ki, SOCAR "Ümid” yatağında qaz hasilatına 2012-ci ilin sentyabrında başlayıb. Hasilat gündəlik 1,5 mln. kubmetr, illik isə 0,55 mlrd. kubmetr-ə bərabər olub, amma 2014-cü ildən etibarən bu rəqəm 2 dəfə azalaraq gündə 625 min kubmetrə düşüb.

"Ümid”də az miqdarda istehsal davam etdiyi halda, "Babək”də hələlik hasilat başlamayıb. İlkin proqnozlara görə, "Babək” yatağında 400 mlrd. kubmetr qaz, 80 mln. ton kondensat var.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl ucuzlaşıb - məzənnə
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
İqtisadiyyat 16:06
SOCAR-ın idarəsi qeyri-neft ixracını kəskin azaldıb, ölkə üzrə artım qeydə alınıb
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
İqtisadiyyat 15:09
Böyük Britaniyada benzin 93% bahalaşıb, Avropada qaz və neft qiymətləri yüksəlir
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
İqtisadiyyat 14:20
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
İqtisadiyyat 13:38
SOCAR və TotalEnergies “Abşeron” yatağının tammiqyaslı işlənməsini müzakirə edib
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
İqtisadiyyat 09:41
Azərbaycan nefti 10%-ə yaxın bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:38
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
İqtisadiyyat 17:32
Azərbaycan BP ilə "yaşıl enerji" sahəsində ortaq təşəbbüsləri müzakirə edib
Unibank Şirvanda yeni filialını açıb
İqtisadiyyat 16:27
Unibank Şirvanda yeni filialını açıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol