• $ 1.7
  • € 2.0032
  • ₽ 0.021937
  • ₺ 0.0397
  • £ 2.295

"SOCAR Rusiya limanından neft ixracını azaltmayıb"

02.06.2016 10:50
Mətbuatda gedən məlumata görə, Dövlət Neft Şirkəti (SOCAR) cari ilin may ayında Rusiyanın Novorossiysk limanından xam neft ixracını keçən dövrlə müqayisədə 2 dəfə azaldıb. Fakta baxanda bu düzgün, kökünə baxanda isə yanlış məlumatdır.

Oxu.Az xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti David Məmmədov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə birillik müqavilə bağlanır və bazardan asılı olaraq, ixracın səviyyəsi də ay, rüb içərisində dəyişir:

"Bu gün neftin ixracı bizim emal səviyyəsindən, emal səviyyəsi də daxili tələbatdan asılıdır. İxrac müqaviləmiz Rusiya ilə birillik bağlanır. İl çərçivəsində Rusiyanın və SOCAR-ın imkanlarından asılı olaraq, rəqəmlər ay, rüb arasında dəyişir. Ola bilər ki, bir ay daha az, digər ay isə daha çox xam neft ixrac edilsin.

Məsələn, bu ay Rusiya limanından daha az xam neft ixrac edilib, növbəti ay bu daha çox olacaq. Bu isə qeyd etdiyim kimi, bazar ilə bağlıdır. Rəqəmlərdə ay içərisində dəyişiklik o demək deyil ki, artıq SOCAR Rusiya kimanından xam neft ixracını kəskin azaldıb, artıq fəlakətdir”.

Vitse-prezident həmçinin əlavə edib ki, bu il Rusiya limanından xam neft ixracı ötən illə müqayisədə praktiki olaraq eyni səviyyədədir.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 11:54
"BakuBus" daha bir marşrut xəttinin istiqamətini dəyişdi
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
İqtisadiyyat 11:46
İran Mərkəzi Bankı Bakı və Tehran bankları arasında əməkdaşlıq təklif etdi
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
İqtisadiyyat 11:42
Vahid Əhmədov: Təhsil və səhiyyə işçilərinin maaşı artırılmalıdır
Ət bahalaşdı – VİDEO
İqtisadiyyat 11:41
Ət bahalaşdı – VİDEO
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
İqtisadiyyat 11:34
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
İqtisadiyyat 11:28
Dolların ucuzlaşmasının səbəbləri açıqlandı
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
İqtisadiyyat 11:17
Bakıda SON VƏZİYYƏT: Yollar buz bağlayıb, tıxac var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol