• $
  • £

Bakıda Cakomo Puççininin “Boqema” operası göstəriləcək

Bakıda Cakomo Puççininin “Boqema” operası göstəriləcək
03.06.2016 22:39
Opera Ukrayna, Belarus və yerli vokal ustalarının ifasında oynanılacaq

Teatr mövsümünün son ayına qədəm qoyan Opera və Balet Teatrında iyun ayı ərzində sənətsevərlərə bir neçə maraqlı tamaşa təqdim olunacaq.
Akademik Opera və Balet Teatrından "Report"a daxil olan xəbərə görə, iyunun 11-də Ukrayna, Belarus və yerli vokal ustalarının ifasında tamaşaçılara Cakomo Puççininin "Boqema” operası göstəriləcək.

Ukrayna Milli Operasının solisti, xalq artisti Olqa Naqornaya bu tamaşada əsas partiyalardan birini - Mimi partiyasını, Belorus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun əməkdar artisti Vladimir Qromov isə Marsel rolunda çıxış edəcək.

Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri - xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər Fərid Əliyev (Rudolf), İnarə Babayeva (Müzetta), Anton Ferştandt (Kollen), solistlərdən Tural Ağasıyev (Şonar), Firuz Məmmədov (Benua) və Fəhmin Əhmədli (Parpinol) də rol alıblar.

Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol