• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Hazırda SOCAR-da 51,2 min işçi çalışır

Hazırda SOCAR-da 51,2 min işçi çalışır
03.06.2016 14:21
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) hazırda 51 209 nəfər işçi çalışır.

 "Report" xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xəzər neft-qaz konfransında çıxış edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib. 

Onun sözlərinə görə, işçilərin 12%-i rəhbər vəzifədə çalışır, 19%-i mütəxəsis, 69%-i fəhlələrdir: "Yaş qrupuna görə isə 30 yaşa qədər olan işçilər 14%, 41-50 yaş qrupları üzrə 20%, 31-40 yaş üzrə isə 22%, 51 yaşdan yuxarı olanlar isə 38% təşkil edir. Təhsilə görə, 32%-i ali, 13%-i orta ixtisas, 5%-i peşə, 50%-i isə orta təhsillidir. Kişilər 83%, qadınlar 17%-dir". 
"Şirkətdə 35 nəfər elmlər doktoru, 225 nəfər elmlər namizədi çalışır", - deyə SOCAR rəsmisi qeyd edib. 

X.Məmmədov SOCAR-da işə qəbul prosesindən danışaraq bildirib ki, işə qəbulla bağlı SOCAR-a 174 570 müraciət daxil olub. SOCAR tərəfindən 3 889 vakansiya elan olunub, 32 141 vakansiya üzrə test imtahanları təşkil olunub: "6 523 mühəndis-texniki işçi üçün müsabiqə təşkil olunub, fəhlə kateqoriyaları üçün 6 500 müsabiqə olub. Müsabiqədən uğurla keçən işçilərin sayı isə 3 753 nəfərdir. Buradan görünür ki, işə qəbul prosesində şəffaflıq tam təmin olunub, SOCAR-a qəbul prosesində daha yaxşı, daha keyfiyyətli işçiləri qəbul etmək imkanı yaradılıb".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol