• $ 1.7
  • € 1.9977
  • ₽ 0.02247
  • ₺ 0.0392
  • £ 2.2947

“Qarabağ” klubların reytinq siyahısında gerilədi

“Qarabağ” klubların reytinq siyahısında gerilədi
29.05.2020 03:10
 Avropa klublarının yeni reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, mövsümün son ayındakı nəticələri də əlavə olunduqdan sonra Avropa ölkələrindəki 708 komandanın tutduğu yer müəyyənləşib.
 
Cədvəldə Topaz Premyer Liqasının geridə qalan mövsümündə iştirak edən 10 komandanın da adı var. Ölkə çempionu "Qarabağ”da bu dəfə geriləmə müşahidə olunub. Mövsümü "qızıl dubl”la tamamlayan Ağdam təmsilçisi mayda 9 komandanı özündən irəli buraxıb.
 
"Qarabağ”la yanaşı, "İnter”, AZAL, "Zirə”, "Kəpəz” və "Xəzər Lənkəran” da geriləyiblər.
 
Klublarımızdan yalnız 4-ü reytinqdə irəliləyib. "Qəbələ” və "Neftçi” aktivinə əlavə 41, "Sumqayıt” isə 51 xal yazdırıb. "Gənclik şəhəri” təmsilçisi bunun sayəsində 21 komandanı qabaqlayıb. "Rəvan” isə 2 pillə irəliləyib.
 
Topaz Premyer Liqasındakı klublar:
209 (200) "Qarabağ” – 1920 xal (-32)
296 (294) "İnter” – 1622 (-1)
330 (339) "Qəbələ” – 1549 (+41)
366 (376) "Neftçi” – 1447 (+41)
401 (390) AZAL – 1322 (-36)
410 (399) "Zirə” – 1303 (-29)
422 (419) "Kəpəz” – 1256 (-14)
428 (449) "Sumqayıt” – 1233 (+51)
511 (495) "Xəzər Lənkəran” – 1020 (-40)
527 (529) "Rəvan” – 972 (+17)
 
Siyahıya yenə "Barselona” başçılıq edir. Kataloniyalılar xal ehtiyatlarını artıraraq, zirvədəki yerlərini qoruyublar. Əvvəlki aylarda olduğu kimi, "Real” və "Bavariya” yenə ilk "üçlüy”ün növbəti yerlərində qərarlaşıblar.
 
Ümumiyyətlə, ilk "onluq”dakı komandaların heç biri buranı tərk etməyib. Yalnız PSJ ilə "Yuventus” yerlərini dəyişiblər. Ötən ayda 5-ci yeri "qoca sinyora”ya təhvil verən parislilər mövqelərini geri qaytarıblar. "Arsenal”la "Benfika” isə eyni xalla 9-10-cu pillələri bölüşdürüblər.
 
İlk "onluq”:
1. "Barselona” (İspaniya) – 4430 xal
2. "Real” (İspaniya) – 4402
3. "Bavariya” (Almaniya) – 4081
4. "Atletiko” (İspaniya) – 3976
5. PSJ (Fransa) – 3798
6. "Yuventus” (İtaliya) – 3764
7. "Borussiya” (Dortmund, Almaniya) – 3504
8. "Mançester Siti” (İngiltərə) – 3380
9-10. "Arsenal” (İngiltərə) – 3336
9-10. "Benfika” (Portuqaliya) - 3336
 
Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan "Fənərbaxça” (2798) 8 pillə geriləyərək, 43-cü yerə enib. "Beşiktaş” 52-ci (2656 xal) yerdəki mövqeyini qoruyubsa, "Qalatasaray” 4 komandanı geridə qoyaraq 75-ci (2470) yerə yüksəlib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol