• $
  • £

"Bakıda yağış yağsa belə, Avropa Qran Prisi baş tutacaq"

29.05.2020 04:05
"Sonuncu dəfə Bakıya gəlməyimdən 1 ay keçib və bu müddətdə xeyli iş görülüb. Artıq Halqa hazırdır".
 
"Report"un məlumatına görə, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Formula 1 üzrə Avropa Qran Prisi öncəsi Bakı Şəhər Halqası ilə tanışlıqdan sonra keçirdiyi mətbuat konfransında deyib. 

Ç.Vaytinq halqanın hazır vəziyyətə gəlməsinin çətin iş olduğunu vurğulayıb: "Çünki şəhərdə nəqliyyat vasitələri hərəkət edir. Baxışı həyata keçirmək üçün bizə 45 saat vaxt lazım olur. Bütün halqa boyu müxtəlif yerlərə nəzər yetirdik. Bəzi xırda məsələlər var ki, bunları tam hazır vəziyyətə gətirmək lazımdır. Ancaq əməl olunmuş standartlar olduqca yüksək səviyyədədir".

FİA rəsmisi işlərin plan üzrə getməsindən məmnunluq ifadə edib. O, havanın dəyişəcəyi, yağış yağacağı təqdirdə, baş verə biləcək hadisələrdən danışıb: "Yağış yağsa belə, yürüş baş tutacaq. Təkərlər qalındır və onlar hər bir sürtküyə tab gətirir. Düzdür, yağış çətinlik yaradır. Yalnız bir halda xoşagəlməz hadisə baş verə bilər. O da güclü leysan yağarsa, havaya nəzarət edən heyət qərar çıxaracaq. Yolda hər hansı bir dəlik olursa, onu ya qapaqla örtürlər, ya da tamam asfaltlayırlar. Bu isə təhlükənin olmaması üçündür". 

"Təhlükəsizlik tədbirləri görülüb və bundan məmnunam. Son iki ildə biz bütün təhlükəsizlik məsələlərini müzakirə etmişik. 8 - 11-ci döngələr hissə trekin ən nazik hissəsidir. Hər hansı qəza baş verərsə, künclər iti deyil, mailidir. Bu səbəbdən maşınların qarşısını kəsəcək amil yoxdur. Həmin hissədə də sürət aşağı olur" - deyə, Ç.Vaytinq bildirib.

Qeyd edək ki, Avropa Qran Prisi 17 - 19 iyunda Bakının mərkəzi küçələrində keçiriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol