• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Azərbaycan Ukraynadan 10 ədəd An-178 hərbi nəqliyyat təyyarəsi alıb

Azərbaycan Ukraynadan 10 ədəd An-178 hərbi nəqliyyat təyyarəsi alıb
07.06.2016 11:30
Ukraynanın "Antonov” dövlət şirkəti ilə Azərbaycan arasında 10 ədəd An-178 təyyarələrinin satışına dair müqavilə imzalanıb.
 
APA-nın Ukraynanın "5 kanal”-a istinadən verdiyi məlumata görə, tərəflər təyyarələrin 2 il ərzində iki mərhələdə tədarük edilməsi barədə razılığa gəlib.
 
Əvvəlcə 2, daha sonra isə 8 təyyarənin Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müqavilənin məbləği açıqlanmır. Yalnız ilkin ödənişin edildiyi məlumdur.
 
Qeyd edək ki, An-178 hərbi nəqliyyat təyyarəsidir və ilk uçuşunu 2015-ci ildə həyata keçirib. Hava gəmisi 18 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.
 
Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko bir həftə əvvəl "Antonov” zavodunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyevlə "Antonov” təyyarələrinin satışı barədə razılığa gəldiklərini açıqlayıb.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
İqtisadiyyat 15:54
"AtaSığorta"nın satışıməhdudlaşdırılıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
İqtisadiyyat 16:33
Azərbaycanda həyat sığortası üzrə ödənişlərin payı 77%-ə yüksəlib
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
İqtisadiyyat 09:33
ABŞ Hindistan şirkətinə Rosneft-dən neft almağa müvəqqəti icazə verib
Bu günə olan məzənnə
İqtisadiyyat 09:21
Bu günə olan məzənnə
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
İqtisadiyyat 09:14
AMB 2026-cı il üçün pul siyasətinin hədəfini açıqlayıb
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
İqtisadiyyat 15:28
Səyahətə hazırlaşanlar üçün Yelo App-də rahat həllər!
Qızıl bahalaşıb
İqtisadiyyat 10:13
Qızıl bahalaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:40
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol