• $
  • £

Nazir: "Avropa Qran Prisi Azərbaycana gələn il gəlir gətirəcək"

Nazir:
08.06.2016 10:14
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin keçirilməsi üçün maliyyə planlarından danışıb.
 
"Report"un məlumatına görə, nazir "Sovetskiy Sport"a açıqlamasında bu layihənin hökumətinin xüsusi nəzarəti altında olduğunu vurğulayıb.

A.Rəhimov deyib ki, Avropa Qran Prisinin keçirilməsinə böyük məbləğdə özəl investisiya qoyulmayıb. Təşkilat Komitəsinin sədri qoyduqları vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümid etdiyini bildirib: "Formula 1-in keçirildiyi şəhər trası yeni təyinat məntəqələrindən biri kimi Bakıya turistlərin diqqətini cəlb etmək imkanı verir. Hədəfimizə çatacağımıza və Formula 1-in təşkilinə qoyulan vəsaitin gələcəkdə turizm hesabına geri qayıdacağına ümidvarıq. Hesablama sadədir. 18,5 min nəfərlik oturacaq quraşdırılıb, 30 minədək bilet satışa çıxarılıb. Biletlərin 10 mini azad yerləşmə məkanları üçün nəzərdə tutulub. Yürüş ərəfəsində biləcəyik ki, nə qədər bilet hansı qiymətə satılıb və gəlirimizi çıxaracağıq. İkincisi turizmdən gəlirdir.
 
Burada da hesablama apara bilərik. Bu, Bakı hotellərində 12-14 min nəfərlik yerlərdir. Üstəlik, bilirəm ki, villa və apartamentlər də icarəyə götürürlər.
 
Yəqin ki, biz 15-16 min turist barədə danışa bilərik. Biletlər, hotellər, yemək və nəqliyyat xərclərini orta məbləğdən hesablayırıq. Bunlar iqtisadiyyata, vergilərə təkandır. Əlbəttə, bu il xərclədiyimiz vəsaiti qaytara bilməyəcəyik. Amma gələn il hər şeyin hazır vəziyyətdə olacağını, asfalt qatının dəyişdirilməyəcəyini nəzərə alaraq, ümidvaram ki, gəlir götürə biləcəyik".

Qeyd edək ki, Avropa Qran Prisi 1983-cü ildən keçirilməyə başlayır. Əvvəllər bu yürüş İspaniya, Almaniya və Böyük Britaniyanın 5 müxtəlif trasında baş tutub. Avropa Qran Prisi 3 illik fasilədən sonra Formula 1 təqviminə qayıdıb və 17 - 19 iyunda Bakının mərkəzi küçələrində təşkil olunacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol