• $
  • £

Nazir: Alonsoya o qədər pulu heç kim verməyib

Nazir: Alonsoya o qədər pulu heç kim verməyib
29.05.2020 12:05
Gənclər və idman naziri Azad Rəhimov bu gün başlayan "Formula-1” yarışlarının ölkəyə faydası və bu yarışlara çəkilən xərclər barədə danışıb.

Nazir APA-ya müsahibəsində deyib ki, Azərbaycanın birbaşa gəlirləri bilet satışındandır.

"Bu günə 2 milyon manatdan artıq bilet satılıb, amma digər gəlirlər birbaşa deyil. Onlar Bakıya gələn turistlərlə bağlıdır”, - deyə nazir bildirib.

Nazirin deməsinə görə, indi Bakı otellərində boş yerlər yoxdur, hamısına sifariş verilib. O bildirib ki, Azərbaycana 10-15 mindən artıq turist gəlib.

Daha sonra nazir İspaniyanın "Marca” nəşrində yer alan fikirlərlə bağlı verilən sualı cavablandırıb. Həmin nəşrdə yazılırdı ki, "Formula-1” yarışlarının Bakıda keçirilməsindən ötrü Azərbaycan 80 milyon dollar verib. Fernando Alonsonun yarışın rəsmi səfiri olmasına isə 2 milyon dollar ödənib.

"Dəfələrlə bu rəqəmlər barədə açıqlama vermişəm. Asfalt qatını dəyişməyə 12 milyon manata yaxın vəsait ayrılıb. "Azadlıq” meydanında o böyük binaya ("poddok”) 20 milyona qədər vəsait verilib. 

Həmin bina alınıb, növbəti illərdə də istifadə olunacaq, yenidən almağa ehtiyac qalmayacaq. Sadəcə, qurulacaq. Şəhərdə xüsusi hasarlar tikilib, digər işlər görülüb. Sözsüz ki, Alonsoya o qədər pulu heç kim verməyib. Bu, düzgün məlumat deyil. Amma ümumilikdə bu işlərə dövlət və bütün sponsorlar tərəfindən 100 milyon manata yaxın pul xərclənəcək”, - deyə nazir qeyd edib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib

FİFA Türkiyə klubunun daha 6 xalını silib
İdman 18:37
FİFA Türkiyə klubunun daha 6 xalını silib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol