• $
  • £

Fransa səfirliyində Renault komandası üzvləri ilə görüş - FOTOLAR

Fransa səfirliyində Renault komandası üzvləri ilə görüş - FOTOLAR
18.06.2016 22:28
Bu gün Fransanın Azərbaycandakı səfirliyində "Formula 1” Qran Pri yarışması ilə əlaqədar ziyafət təşkil edilib.

ANN.Az xəbər verir ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, "Renault” komandasının direktoru Frederik Vasör, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov, Renault komandasının digər rəsmiləri və media nümayəndələri iştirak ediblər.
 
Tədbiri giriş sözü ilə açan xanım səfir "Formula 1” yarışlarının Azərbaycanda keçirilməsindən məmnun olduğunu bildirdi. Daha sonra Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez jurnalistlərə açıqlama verdi. O belə bir tədbirin səfirlikdə keçirilməsindən şad olduğunu söylədi: "Bugünkü tədbirdə həm siyasi elita, həm də idman nümayəndələrini səfirliyinin iqamətgahında görməkdən məmnun oldum. Belə bir tədbiri keçirməklə Fransanın nüfuzunu göstərməyə çalışırıq. Tədbirin əsas məqsədi "Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ilə əlaqədardır. Qeyd etmək istərdim ki, qonaqlar arasında "Renault” komandasının direktoru Frederik Vasör də var. "Renault” komandası hazırda yeni texnologiyalar üzərində işləyir. Buna misal olaraq elektrik mühərriklərini göstərmək olar”.
 
"Renault” komandasının direktoru Frederik Vasör də "Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar jurnalistlərin suallarını cavablandırdı: "Formula 1” yarışları üçün Bakıda çəkilən yol çox gözəldir. Çünki bu, şəhər daxilində təşkil edilib. Həmçinin əlavə etmək istərdim ki, burada sürət həddi çox yüksəkdir. Nəzərə almaq lazımdır ki, yollarda müəyyən döngələr var. Şəhər daxilində təşkil oldunduğu üçün daha diqqətli və dəqiq olmaq lazımdır”. "Renault” komandasına gəldikdə isə, komandamız yeni qurulur və bizim də müəyyən ambisiyalarımız var. Bu məqsədlərimiz də 2-3 ildən sonra həyata keçiriləcək”, – deyə direktor əlavə edib.
 
 
Orxan Aslanlı
 






www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yollar “Formula 1”ə görə bağlanır
İdman 14:29
Bu yollar “Formula 1”ə görə bağlanır
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
İdman 00:30
Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib - FOTOLAR
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
İdman 16:07
Azərbaycanlı idmançı Rusiyada həbs olunub
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
İdman 14:16
Azad edilmiş ərazilərdə yeni idman kompleksləri tikiləcək- PREZİDENT
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
İdman 13:45
Bölgələrdə açıq havada idman meydançaları salınacaq - Prezident
Argentina yarımfinala çıxdı  - YENILƏNİR
İdman 02:01
Argentina yarımfinala çıxdı - YENILƏNİR
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
İdman 21:43
Xorvatiya yarımfinala çıxıb - YENİLƏNİB+FOTOLAR
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 13:00
Futbol üzrə Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb
İdman 06:55
"Qarabağ" "Viktoriya"ya 2-1 uduzdu və Çempionlar Liqasından çıxdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol