• $
  • £

Musiqili Teatr Şamaxıya gedir

Musiqili Teatr Şamaxıya gedir
20.06.2016 23:42
Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonuna qastrol səfərinə hazırlaşır.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, səfər 2016-cı il 22 iyun tarixində baş tutacaq. Teatr həmin gün saat 14.00-da Şamaxı rayonunda Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası ilə çıxış edəcək.
 
Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.Tamaşada rolları Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı bir-birindən maraqlı tamaşalarla Masallı və Xaçmaz rayonlarında da çıxış edib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol