• $
  • £

Moskvada xalq yazıçısı Anarın əsərləri çapdan çıxıb

Moskvada xalq yazıçısı Anarın əsərləri çapdan çıxıb
20.06.2016 17:27
Moskvada Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarın bir neçə əsəri çap edilib.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, xalq yazıçısının "Veçe" nəşriyyatında "Navajdenie" ("Vahimə") adlı povest və hekayələr toplusu, "Mərcani evi" nəşriyyatında "Dədə Qorqud" kinodastanı nəşr olunub.

Yazıçının "Biblioteka "Oqonka" populyar seriyasında 40 min tirajla "Ya, tı, on i telefon" hekayələr kitabı çapdan çıxıb, "Drujba narodov" jurnalının iki müxtəlif sayında "Ağ qoç, qara qoç" və "Göz muncuğu" povestləri dərc olunub.

Eyni zamanda, "Xudojestvennaya literatura" nəşriyyatı yazıçının nəsr əsərlərinin daxil olduğu ikicildlik kitab buraxıb. Çingiz Aytmatovun ön sözüylə açılan birinci cilddə hekayələri və "Əlaqə", "Otel otağı" povestləri verilib. İkinci cilddə isə "Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Dantenin yubileyi", "Macal", "Ağ qoç, qara qoç", "Göz muncuğu" roman və povestləri toplanıb, həmçinin filologiya doktoru Əbuzər Bağırovun Anar haqqında bioqrafik məlumat yazısı verilib.
"Vremya" nəşriyyatının buraxdığı "Bez vas" ("Sissiz") kitabına isə eyni adlı xatirə-roman, "Parisdə höcət" ("Bunin və Banin") kinopovesti, Vladimir Mayakovski, Dmitri Şostakoviç, Konstantin Simonov, Yuri Trifonov, Yevgeni Yevtuşenko, Vasili Aksyonov, Vladimir Amlinski, Rimma Kaşakova haqqında esselər və "Gecə düşüncələri"nin tam mətni daxil edilib.

Moskvada Millətlər evində kitabların təqdimatı və azərbaycanlı yazıçı ilə imza günü keçirilib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol