• $
  • £

Almaniya və Polşa 1/8 finalda, Ukrayna qrupda qaldı

Almaniya və Polşa 1/8 finalda, Ukrayna qrupda qaldı
21.06.2016 22:43
"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.

Qol.az-ın məlumatına görə, bu gün C qrupunda iki oyun keçirilib.

Qrupun lideri Almaniya Şimali İrlandiya ilə qarşılaşıb. 1/8 finala lider kimi yollanmaq istəyən almanlar bu görüşdə qalib ayrılmağa çalışacaqdı ki, buna da nail olub. Mario Qomezin 30-cu dəqiqədə vurduğu qol almanlara minimal hesablı qələbə qazandırıb. Bununla da, Bundestim qrup mərhələsini qalib başa vurub. 

Digər oyunda keçirdiyi hər iki görüşdə meydanı məğlub tərk edən Ukrayna Polşa ilə üz-üzə gəlib. Ukrayna yığmasının az da olsa 1/8 finala yüksəlmək şansı var idi. Lakin üçüncü görüşündə də meydandan məğlub ayrılan ukaynalılar turrnirlə vidalaşıb. Rəqibinə 1:0 hesabı ilə qalib gələn Polşa isə qrup ikincisi kimi 1/8 finala adlayıb.

 

 

C qrupu

20:00. Şimali İrlandiya - Almaniya - 0:1
Qol: Mario Qomez, 30 (0:1) 
Hakimlər: Kleman Turpen 
Yan xətt hakimləri: Frederik Kano və Nikolas Danos
Əlavə köməkçi hakimlər: Benoit Bastien, Fredi Fautrel (hamısı Fransa)
Dördüncü hakim: Slavko Vinçiç (Sloveniya)
Paris. "Park de Prins" stadionu.


20:00. Ukrayna – Polşa - 0:1
Qol: Blaşikovski, 54 (0:1)
Baş hakim: Svein Oddvar Moen 
Yan xətt hakimləri: Kim Tomas Haaqlund və Drank Andas 
Əlavə köməkçi hakimlər: Ken Henri Consen və Svein-Erik Edvartsen (hamısı Norveç)
Dördüncü hakim: Hüseyn Göçek (Türkiyə)
Marsel. "Velodrom" stadionu.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
İdman 12:18
Rumıniyada oyun zamanı futbolçu öldü - VİDEO
Pirlo:
İdman 09:38
Pirlo: "Terimin taktiki savadı çox aşağı idi, ancaq qışqırıb-bağırırdı"
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
İdman 08:25
Zabit Səmədova Çeçenistanda yeni vəzifə verildi
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
İdman 05:21
“DÇ-2018”-in seçmə mərhələsinin oyunları keçirilib – NƏTİCƏLƏR
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
İdman 04:41
Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
İdman 02:54
Avropa çempionatını Azərbaycanda iki kanal birgə yayımlayacaq
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
İdman 02:50
Rio-2016: Azərbaycan idmançıları 18 medal qazandılar
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 02:22
Rio-2016: Azərbaycan ikinci medalını qazandı
İdman 01:34
"Bakıda "Formula-1" trası dünyada ən sürətli olacaq"
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol