Növbəti tədris ilində şagirdlərin tətil günləri açıqlandı
![Növbəti tədris ilində şagirdlərin tətil günləri açıqlandı Növbəti tədris ilində şagirdlərin tətil günləri açıqlandı](https://anews.az/photo/850x500/2016-06/1466750051_trend_school_13_141211_14.jpg)
Azərbaycanda 2016-2017-ci dərs ili üçün orta məktəb şagirdlərinin tətil günləri açıqlanıb.
Təhsil Nazirliyindən verilən məlumata görə, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.
Növbəti tədris ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.
İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)