"Sovetski”də yanğın

Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verir.
ANN.Az-ın Trend-ə istinadən məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə” kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.
www.ann.az
Son xəbərlər
Daha çox 