• $
  • £

Moldova klubu və prezidenti Azərbaycan xalqından üzr istədi

Moldova klubu və prezidenti Azərbaycan xalqından üzr istədi
28.06.2016 16:02
Moldovanın "Daçiya" klubu rəsmi saytında Bakının Mərdəkan qəsəbəsi barədə yer alan yanlış fikirlərlə əlaqədar "Kəpəz"dən və Azərbaycan xalqından üzr istəyib.

 "Report"un məlumatına görə, üzrxahlıq mətni şəxsən klub prezidenti Adlan Şişxanov adından da yayılıb.

Şişxanov "Daçiya"nın mətbuat xidməti tərəfindən buraxılmış səhvlə əlaqədar səmimi üzrxahlıq edib: "Mən həmçinin, bütün Azərbaycan xalqı, azarkeşləri və "Kəpəz" qarşısında üzr istəyirəm. "Daçiya" heç vaxt siyasətlə məşğul olmayıb. Bu kobud və ağlasığmaz qəbahətlə bağlı bizi bağışlamağınızı xahiş edirik. Biz heç bir halda heysiyyata toxunmaq istəməzdik".

Klub və rəhbərlik bildirir ki, belə yanlış məlumat verməklə heç bir sətiraltı və gizlin təxribat niyyəti güdməyiblər: "Biz Bakıya bunun üçün gəlməmişik. Bununla yanaşı, istisna etmirik ki, bizə düzgün informasiya verilməyib. Sözsüz ki, biz rəqibimizə və bütün Azərbaycan xalqına hörmətlə yanaşırıq. Ona görə də xoşagəlməz insidentlə əlaqədar üzrxahlığı vacib sayır və ümid edirik ki, bu, ənənəvi dostluq münasibətlərimizə təsir etməyəcək".

Üzrxahlıq mətni ilə yanaşı, klubun saytı Mərdəkan barədə yanlış mətndə düzəliş edib.

Qeyd edək ki, "Kəpəz"lə oyun öncəsi "Daçiya"nın rəsmi saytında "Dalğa Arena"nın Bakıdan 34 km aralıda "erməni adı olan "Makrudyan" qəsəbəsi"ndə yerləşdiyi bildirilib. Yazıda bildirilib ki, Mərdəkanda ermənilərə aid heç nə yoxdur. Sakinlər isə Qafqaz farslarının davamçıları olan tatlardan ibarətdir. Bundan başqa baş məşqçi Oleq Bejenar oyunöncəsi mətbuat konfransında səhvən Azərbaycanı Özbəkistan kimi tələffüs edib və dərhal səhvini düzəldib. Gəncə təmsilçisi məsələ ilə bağlı narazılığını ifadə edib və qarşı tərəfə məktub göndərib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol