• $
  • £

Musiqili Teatr mövsümün ən yaxşılarına mükafat verəcək

Musiqili Teatr mövsümün ən yaxşılarına mükafat verəcək
28.06.2016 22:54
Azərbaycan Dövlət Musiqili Teatrının 106-cı mövsümü artıq başa çatmaq üzrədir.
 
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, yekunlaşmaqda olan mövsüm Azərbaycan Dövlət Musiqili Teatrı üçün çox əlamətdar və zəngin olub. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib, "Qafqazlı qardaşqızı” (R. Hacıyev),  "Baladadaşın toy hamamı” (Elçin), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "999-cu gecə” ("Min bir gecə” nağıllarının motivləri və F. Əmirovun musiqiləri əsasında) tamaşalarının premyerası olub. Habelə, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində müxtəlif regionlarda – Masallı, Xaçmaz, Şamaxı rayonlarında tamaşalarla çıxış edib. Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Repertuardakı tamaşaların böyük əksəriyyəti Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya tərəfindən lentə alınıb. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Eyni zamanda teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində  konsert proqramlarıyla çıxış edib. Kollektivin bəzi üzvləri yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər və uğurlu çıxışlarına görə il boyu müxtəlif təşkilatlar tərəfindən təltif olunublar. 

106-cı mövsümün yekunlaşması ilə əlaqədar olaraq 4 iyul 2016-cı il tarixində Musiqili Teatrda mükafatlandırma mərasimi olacaq. Bu təqdirəlayiq ənənənin əsası ötən il – 105-ci teatr mövsümünün yekununda qoyulub. Qeyd edək ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin təklifi əsasında formalaşan mükafatın təsisçiləri Musiqili Teatr və teatrın Həmkarlar İttifaqıdır. "Mövsümün ən yaxşı aktrisası”, "Mövsümün ən yaxşı aktyoru”, "Mövsümün debütü”, "Mövsümün perspektivli aktrisası”, "Mövsümün perspektivli aktyoru”, "Mövsümün ən məhsuldar aktyoru”, "Mövsümün sevilən aktrisası”, "Mövsüm ərzində bərpa tamaşasında ən yaxşı rol ifaçısı”, "Mövsümün ən yaxşı musiqiçisi - orkestr artisti”, "Mövsümün ən yaxşı xor artisti”, "Mövsümün ən yaxşı balet artisti”, "Mövsümün ən yaxşı texniki işçisi”, "Mövsümün ən işgüzar əməkdaşı”  nominasiyaları üzrə qaliblərlə yanaşı, "Mövsümün ən yaxşı tamaşası” da mükafatlandırılacaq. Qaliblərə xüsusi prizlər və mükafatlar veriləcək.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol