• $
  • £

Prosineçki: “Azərbaycan yığması inkişafdadı”

Prosineçki: “Azərbaycan yığması inkişafdadı”
30.06.2016 11:27
"Çalışdırdığım Azərbaycan yığması inkişafdadı. Bu vaxta qədər bir neçə yaxşı nəticəyə imza atmışıq”.
 
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
AÇ-2016-nın seçmə mərhələsində ümidləri doğrultmayan yığmamız sentyabrda DÇ-2018-in təsnifat mərhələsinə start verəcək.
 
Bununla bağlı Xorvatiyanın index.hr saytına açıqlama verən Prosineçki maraqlı fikirlər səsləndirib. O bildirib ki, Azərbaycan yığması növbəti təsnifat mərhələsində rəqiblərinə başağrısı olmağa çalışacaq: "Ümid edirəm ki, dünya çempionatının seçmə mərhələsində biz hamı üçün güclü rəqib olacağıq. Əsas məqsədimiz elə bundan ibarətdi”.
 
47 yaşlı çalışdırıcı komandasının dünya çempionatına vəsiqə qazanacaq gücdə olmadığını etiraf edib: "Çətin ki, Rusiyada baş tutacaq mundiala vəsiqə qazanmağı bacaraq. Halbuki, bunu reallaşdırmağı çox istəyirik. Bu mövzu ilə bağlı çox danışa bilərəm. Ümumilikdə hər şey o qədər də pis deyil”.
 
Qeyd edək ki, Almaniya, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə birlikdə C qrupunda mübarizə aparacaq yığmamız ilk matçını sentyabrın 4-də səfərdə San Marinoya qarşı keçirəcək. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol