• $
  • £

Musiqili Teatr 17 iyulda mövsümü başa vuracaq

Musiqili Teatr 17 iyulda mövsümü başa vuracaq
30.06.2016 23:22
Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünə 17 iyul 2016-cı il tarixində yekun vuracaq.
 
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, sona çatmaqda olan mövsüm Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. Belə ki, mövsüm boyu bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları yerli və Beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, səmərəli fəaliyyətlərinə görə müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Mövsüm boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Belə ki, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə təşkil olunan Amerika Günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının məşhur "Company-E” şirkəti ilə ortaq layihə kimi "Brodvey” şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatr 2016-cı il – "Multikulturalizm ili” çərçivəsində ölkənin müxtəlif regionlarında – Masallı, Xaçmaz, Şamaxı rayonlarında bir-birindən maraqlı tamaşalarıyla çıxış edib.
 
Xalq artisti Afaq Bəşirqızının 60, Bəşir Səfəroğlunun 90 illik yubileyləri yüksək səviyyədə təşkil olunub. Mövsüm boyu repertuardakı tamaşaların əksəriyyəti Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziya tərəfindən lentə alınıb. Teatr ölkədə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları üçün xüsusi repertuarla çıxış edib. Buna misal olaraq Ümumdünya Gömrük Təşkilatının MDB üzrə Regional Məlumat Əlaqələndirmə "Rilo-Moskva” iştirakçı ölkələrin gömrük xidmətləri milli əlaqələndirmə qovşağı rəhbərlərinin 14-cü iclasını, Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, 2016 Formula 1 Avropa Qran Prisini qeyd etmək olar. Həmçinin teatr "Sosial proqramlar” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində, "Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində konsert proqramlarıyla çıxış edib. 

Cari mövsümün bağlanış günü – 17 iyul saat 19.00-da dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” tamaşası nümayiş olunacaq. Xatırladaq ki, "O olmasın, bu olsun” tamaşası Musiqili Teatrın ən uğurlu, tamaşaçılar tərəfindən hər zaman böyük diqqət və maraqla izlənən tamaşalarından biridir.
 
Tamaşada Məşədi İbad obrazını canladıran Əməkdar artist Şövqi Hüseynov bu rolun ifasına görə Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Milli Mükafatına layiq görülüb.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Mədəniyyət 10:45
İçərişəhərdəki qala divarlarında zədələnmə ilə bağlı açıqlama
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Mədəniyyət 13:38
Bəstəkar-müğənni SİVVA Ramiz Rövşənin şeirinə bəstələdiyi mahnını təqdim edib
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Mədəniyyət 18:07
Növbəti “Xarıbülbül” Musiqi Festivalına hazırlıqlar başlayıb
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Mədəniyyət 14:26
Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub - Yenilənib
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Mədəniyyət 13:36
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol