• $ 1.7
  • € 2.0019
  • ₽ 0.021512
  • ₺ 0.0397
  • £ 2.2976

Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”

Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”
30.06.2016 16:11

"Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik, amma  danışıqlar naminə danışıqlar olmamalıdır”. 
 
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov almaniyalı həmkarı, ATƏT-in fəaliyyətdəki sədri Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib.
 
"Bakıda danışıqlar aparılacaq, sonra isə prezidentlərin görüşü keçirilə bilər. Fransa tərəfindən təklif var, biz buna etiraz etmirik. Əsas odur ki, danışıqlarda nəticə əldə olunsun. Sülh yolu irəliləyiş istəyiriksə, danışıqlar üçün danışıqlar olmamalıdır”, - deyə o vurğulayıb. 
 
Sankt-Peterburqda substantiv danışıqların başladığını deyən nazir bildirib ki, ortada sənəd var və onun üzərində iş gedir: "Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir. Biz Rusiyadan da, digər ölkələrdən də silah alırıq. Torpaqlarımız işğal altındadır, etnik təmizləmə olub”.
 
ATƏT-in regionda rolunun böyük olduğunu deyən E. Məmmədyarov qeyd edib ki, bu qurum Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. "Mən bilirəm ki, Almaniya regionda sabitliyin möhkəmlənməsinə çalışır. Təhlükəsizlik çox vacibdir, o pozulsa, iqtisadiyyat, insan hüquqları pozulur”. 
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
 
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Siyasət 04:12
Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparıb
Azərbaycanda prezidentlik müddətinin artırılması təklif olunur
Siyasət 21:11
Azərbaycanda prezidentlik müddətinin artırılması təklif olunur
Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”
Siyasət 16:11
Elmar Məmmədyarov: “Ortada sənəd var, üzərində iş gedir”
İlham Əliyev Nardaran sakinləri ilə görüşdü - FOTO
Siyasət 14:04
İlham Əliyev Nardaran sakinləri ilə görüşdü - FOTO
Prezident Nardaranda iki küçənin açılışında iştirak etdi
Siyasət 13:45
Prezident Nardaranda iki küçənin açılışında iştirak etdi
Prezidentlərin üçtərəfli görüşünün vaxtı məlum oldu
Siyasət 19:22
Prezidentlərin üçtərəfli görüşünün vaxtı məlum oldu
XİN: Ermənistan faktaraşdırıcı missiyanın təşkilinə imkan vermir
Siyasət 16:57
XİN: Ermənistan faktaraşdırıcı missiyanın təşkilinə imkan vermir
Bayden Azərbaycan və Ermənistan liderlərinə çağırış etdi
Siyasət 10:47
Bayden Azərbaycan və Ermənistan liderlərinə çağırış etdi
Pentaqon Azərbaycana 20 milyon dollar hərbi yardım ayırdı
Siyasət 13:00
Pentaqon Azərbaycana 20 milyon dollar hərbi yardım ayırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol