• $
  • £

Fernandu Santuş: "İnsanlar Ronaldonu tənqid etməyi sevir"

Fernandu Santuş:
01.07.2016 20:02
"Oyuna yaxşı başlamadıq. Birinci hissədə hesabı bərabərləşdirmək bizim üçün önəmli idi. Fiziki cəhətdən güclü oyunçuları orta xəttdə oynatmaq istədik, ancaq  erkən qol buraxdıq. İlk hissənin ortalarına qədər öz oyunumuzu oynaya bilmədik. Renato Sançesə tapşırıq verdikdən sonra bərabərlik qolunu vurduq. Polşa güclü rəqib idi".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş "Avro-2016"nın 1/4 finalında Polşaya penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, Pepe və Kriştiano Ronaldonun sözügedən qarşılaşmada yaxşı oyun nümayiş etdirdiklərini bildirib:

"Ronaldo komandanın lideri olduğu üçün insanlar onu tənqid etməyi sevir. Bu gün komanda  yaxşı idi. Pepe və Ronaldo bütün təcrübələrini meydanda göstərdilər. Bu mərhələdə erkən qol buraxdıqdan sonra qələbə qazanmaq asan deyil. Komandam bunu bacardı. İkinci hissədə güclü tərəf biz idik. Yarımfinalı səbirsizliklə gözləyirik".

F.Santuş hədəflərinə doğru yaxınlaşdıqlarını söyləyib:

"Portuqaliya xalqını qürurlandırmaq istəyirik. Penaltilər seriyasında şans amili böyük rol oynayır, ancaq burada xarakter göstərmək lazımdır. Bilirdik ki, rəqib penalti zərbələrini yaxşı yerinə yetirir. Çünki onlar bundan əvvəl İsveçi penaltilər seriyasında udmuşdular. Oyunçularıma rahat olmalarını və bütün penalti zərbələrini düzgün yerinə yetirəcəklərini söylədim".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
İdman 20:49
“Qarabağ” – “Sabah” matçının biletləri bu tarixdə satışa çıxır
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
İdman 22:30
"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
İdman 19:30
Bundesliqa tarixində ilk dəfə qadın baş məşqçi təyin edilib
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol